2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

2 min Azərbaycan vətəndaşı Avropadan qaytarıla bilər

Dekabrın 15-də 20 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb. AZƏRTAC-ın xəbərinə görə, bu barədə dekabrın 16-da Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Xidmətin bildirdiyinə görə, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş əsasında mümkün olub.

“Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri çətinliklərin həlli istiqamətində tədbirlər həyata keçirir”, – açıqlamada bildirilir. Hələlik, qaytarılanların kimliyi bilinmir.

İki həftə öncə yenə bu qurum Almaniyadan 23 Azərbaycan vətəndaşının bu saziş üzrə qaytarıldığını açıqlamışdı.

Readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən bu ilin əvvəlinə kimi ümumilikdə 2 min 13 nəfər Azərbaycana qaytarılıb.

Bu il ərzində isə Avropa ölkələrindən təxminən 350 nəfər readmissiya olunub.

Bunu isə Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

“Təxminən 2 min 150 şəxsin isə readmissiyası nəzərdə tutulub. Ən çox readmissiya Almaniyadandır”, – xidmət rəisi qeyd edib.

Son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan biri müxalifətdə olan AXCP üzvü Ziya İbrahimli noyabrın 24-də azadlığa buraxılıb. Z.İbrahimli bu il mayın 19-da həbs edilmişdi. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,…qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilirdi. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub. Tələb yerinə yetirildiyindən onun azadlığa buraxıldığı açıqlanıb.

Qalan beş nəfərdən dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button