2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

20-ci əsrin “bir nömrəli terrorçusu

Viktoriya Nikiforova

vzqlyad.ru

 

Saytların yığılması Saytlarin yigilmasi

Fransa məhkəməsi çərşənbə axşamı həm də Çaqqal Karlos kimi tanınmış İliç Ramires Sançesi üçüncü ömürülk həbsə məhkum edib. XX əsrdə “bir nömrəli terrorçu” adlandırılan bu adamın bütün həyatı ağlasığmaz ssenarilər, inanılmaz qəddarlıq və kürəsəl terror sui-qəsdləri ilə doludur. Bəs o kimdir – qəddar kommunist-fanatik, dahi terrorçu və yaxud xüsusi xidmətlərin lövhəsində piyada?

Müasir dövrün ən məşhur inqilabçısı 1949-cu ildə varlı Venesuela vəkili və cazibədar aristokrat xanımın ailəsində anadan olub. Ehtiyacsızlığa baxmayaraq vəkil möhkəm əqidəli marsist-leninçi idi və üç oğlunun adlarını belə qoymuşdu – İliç, Vladimir, Lenin. Onların böyüyü ailə soyadına əbədilik “şöhrət gətirib”.

Atası onu 13 yaşında Karakasdakı nüfuzlu litseyə verib. Litseydə əsasən varlı ailələrin əhli-kefləri təhsil alsa da, bura həm də müəllimlərin solçu baxışları ilə ad çıxarmışdı. İliç 13 yaşından nümayişlərə gedib, polislə dalaşıb və toqquşmaların birində əllərində ölən ən yaxşı dostlarından birini uğursuz şəkildə xials etməyə çalışıb.

Litseyi qurtardıqdan sonra anası onu Londona aparıb və London iqtisadiyyat məktəbində təhsil alıb, atası onu Moskvaya Patris Lumumba adına xalqlar dostluğu universitetinə göndərənə qədər 17 yaşlı oğul isə yüksək cəmiyyətdə əylənib. İçkini və şənlənməyi sevən yaraşıqlı, varlı gənc sovet bürokratiyası ilə ümumi dil tapmayıb. 1970-ci idə İliçi universitetdən çıxarıblar, lakin burada önəmli münasibətlər qurmağa və sonralar bütün həyatı boyu uğrunda vuruşacağı mövzunu tapmağa nail olub: İliç Fələstinin azad edilməsinin möhkəm əqidəli tərəfdarı idi.

O, Moskvadan gedərək bir neçə ayı solçu-radikal Fələstin Xalq Azadlıq Cəbhəsinin (FXAC) İordaniyadakı məşq düşərgələrində keçirib. Danışırlar ki, ona zahiri görünüşü dəyişməyi, izləmədən yayınmağı, yaxşı atmağı məhz orada öyrədiblər. Oradaca Jorj Həbəşlə – FXAC-ın yaradıcısı ilə tanış olub və gizli fəaliyyət ayaması “Karlos”u ondan alıb.

Tarixçilər onun sonrakı həyatını hələ araşdırmalı olacaqlar. İliçin bu günki tərcümeyi-halı güman, şayiə və əfsanələrin qarışığından, qəzetçilərin və özünün yaydığı uydurmalardan ibarətdir. Qərb KİV-ləri Usamə bin Ladenə bir xeyli qalmış İliçə “bir nömrəli terrorçu” imici yapışdırıb, lakin onun həqiqətdə hansı teraktları həyata keçirdiyini, hansıların onun ayağına yazıldığını indiyədək ayırd etmək mümkün deyil.

Karlosun inqilabi mübarizəsi bütövlükdə iki ziddiyyətli cərəyandan təşkil olunub. Birincisi onun təkbaşına və yaxud kiçik komanda ilə təşkil etdiyi kiçik, anlaşılmaz və adətən, uğursuz aksiyalardır. İkincisi Hollivud miqyaslı irimiqyaslı əməliyyatlardır. Təsəvvür etmək mümkünsüzdür ki, tənha terrorçu xüsusi xidmətlər olmadan bu cür mühüm tədbirləri düşünməyi və icra etməyi bacarardı.

Karlosun ilk işlərindən biri Britaniyanın Marks&Spenser reteylerinin (pərakəndə satış qurumu-tərc.) sahibi Cozef Edvard Siffə sui-qəsd olub. Oliqarx İsrailin ilk prezidenti Haim Veytsmanla yaxından dostluq edir, ailəsi isə İsrail hökumətinə məşvərət xidməti göstərirdi. Karlos sonralar müsahibəsində bildirib: “Lord ölməliydi, çünki qatı sionist idi”.

Əslində, Siff deyil, qardaşı lord idi, amma bu cür incəliklər Karlosu narahat etmirdi. O, 1970-ci il dekabrın 30-da 9 mm-lik köhnə “Beretta”sını götürüb Siffin Londondakı evinin giriş qapısının zəngini çalıb, tapançanı xidmətçinin kəlləsinə dayayıb onu sahibin yanına aparmağı əmr edib. Siff hamamda imiş. Karlos onun bir metrliyinə yaxınlaşıb birbaşa sifətinə atəş açıb. Siff yerə yıxılıb. Karlos bir də atış açmağa cəhd edib, lakin tapança ilişib. O bu vaxt sadəcə qaçıb – polisin gəlişinə bir dəqiqə qalmış. Durumun qara yumoru bundan ibarətdir ki, Siff bir metr məsafədən başına güllə çaxılmaqla sağ qalıb və daha yeddi il yaxşı yaşayıb. Bu aksiya bütövlükdə bacarıqsızlıq idi və “bir nömrəli terrorçu”ya layiq deyildi. Karlos 1975-ci ildə Parisin Orli aeroportundakı mənasız terakt cəhdini də bu qədər yöndəmsiz keçirib. O, yanvarın 13-də üç fələstinli ilə birlikdə İsrail aviaşirkətinin təyyarəsinə qranatatandan atəş açıb, lakin hədəfə düşməyib. Onlar yanvarın 17-də yenidən Orliyə gəlib və təyyarələrə bir də atəş açmağa başlayıblar. Təhlükəsizlik xidməti dərhal nəsə etməyi qət edərək təqibə başlayıb. Karlos qaçmağa nail olub, fələstinliləri tutublar, lakin Bağdada uçmaqlarına icazə veriblər.

Bu qədər inamsız teraktların fonunda qəflətən Karlosda superbacarıq üzə çıxır. O, 1974-cü ildə professor Moriarti kimi “Yaponiyanın Qırmızı Ordusu”  (YQO) ilə Haaqada Fransa konsulluğunu tutmağı planlaşdırır. Bununla belə, onun özü bu zaman Parisdə idi. “Qırmızı ordu”çuların Fransa hökuməti ilə danışıqları dalana dirənərkən Karlos ticarət mərkəzində insan kütləsinin içinə əl qranatı atıb. İki nəfər ölüb, 30-dan çox adam yaralanıb, Fransa hökuməti YQO-nun bütün tələblərini yerinə yetirib.

Karlos elə həmin il guya Parisdə Uruqvay attaşesini öldürməyi planlaşdırıb. Eyni zamanda Fransa paytaxtında xəbərlər agentliyinin yanındakı partlayışları onun üzərinə yıxırlar. O bir ildən sonra isə özünün ən qalmaqallı əməliyyatını keçirdir. İliç 1975-ci dekabrın 19-da beş yoldaşı ilə birlikdə nazirlərin illik görüşü keçirilən OPEK-in Vyana mənzil qərargahına daxil olub. Qəsbçilər üç nəfəri güllələyib daha 80-dən çox naziri və nümayəndə heyətlərinin üzvlərini girov götürüblər. Avstriya hökuməti günyarımlıq danışıqlardan sonra Karlosun bütün tələblərini yerinə yetirməyə razılaşıb. Ona təyyarə veriblər, Əlcəzairə uçub, girovları buraxıb və yenə də ələ keçməmiş qalıb.

O, təxminən, həmin vaxt iflas həddinə çatır – yaxın dostu onu fransız kəşfiyyatına satır. İki agent xəbərçi ilə birlikdə onun Beyrutdakı gizli mənzilinə gəlir. Karlos qonaqlarla söhbətləşib onları içkiyə qonaq edərək arxayınlaşmağa imkan verir, tapançanı çıxarıb üçünü də güllələyir.

Əlbəttə, sosialist ölkələrinin bütün xüsusi xidmətləri ilə əlaqəni kommunist Karlosun ayağına yazırlar. Lakin indiyədək bunu sənədli sübutu tapılmayıb. Karlosun DTK-ya işlədiyi haqda versiya yalnız buna əsaslanır ki, “bir nömrəli” terorçu 1973-cü ildə Leonid Brejnevin AFR-ə səfəri zamanı teraktlar həyata keçirməyib.

Ona “Ştazi”nin qəyyumluq etdiyi haqda versiya bir az yaxşı işlənib. Almaniyanın “Fokus” dərgisi guya hətta Şərqi Almaniya kəşfiyyatının Karlosa adamlarla yardım etdiyi, ona mənzillər tutduğu və odlu silah daşımağa icazə verdiyini təsdiqləyən sənədlər də tapıb. Amma bu sənədlər dərc edilməyib.

Bəli, Karlos tez-tez sosialist ölkələrində yaşayıb. Lakin 70-ci illərdə onun olduğu sevimli məkan London idi, ona görə də Mİ-16 ilə əlaqələri haqda təxmin etmək məntiqlidir. Xüsusən də ona görə ki, Karlosu İngiltərədə qəribə şəkildə tuturdular: onu ya kimsə xəbərdar edirdi, ya özü izləməni sezirdi, lakin polis hər dəfə aldanırdı. Rəfiqəsinin xatırladığı kimi, bir dəfə Karlosla İngiltərənin güneyindəki Redinqə gedirmişlər. Onları polis dayandırıb. Yüklükdə  odlu silah və saxta pasportlar var imiş. Karlos artıq atəş açmağa hazırlaşırmış, lakin rəfiqəsi gözləməyi xahiş edib. Polis onları sürəti artırmağa görə danlayıb, səliqəli getməyi xahiş edərək buraxıb. 1978-ci ilin mayında Londonda xarici səfirliyin əməkdaşı onu görüb və tanıyıb. O, Skotlənd-Yarda məlumat verib. Tarixçinin sözlərinə görə, Skotlənd-Yard “tam döyüş hazırlığı vəziyyətinə gətirilib”. Lakin belə də Karlosu tuta bilməyib.

Uğurla qaçmış Karlosun başqa bir dəfə Londonda otel nömrəsində Frederik Forsaytın “Çaqqal günü” kitabçasını tapıblar. Jurnalistlər parlaq detaldan yapışıb ələkeçməz terrorçuya “Çaqqal Karlos” ayaması veriblər. Elə həmin jurnalistlər Çaqqalın sirli şəkildə yox olmasını bununla izah ediblər ki, onun onlarla saxta pasportu var, qrimlənmə ustasıdır, daim adını dəyişir: Karlos Andreye Martines Torres, Hektor Luqo Düpon, Senan Mariya Klark, Adolf Hose, Müller Bernal, Flik Ramires, Glenn Gebhard və Əhməd Adil Fəvaz – bunların hamısı odur. Buna baxmayaraq fikir doğur ki, İliçə ən yüksək səviyyədə qəyyumluq ediblər – əks halda ən çox axtarılan terrorçunun bütün dünya üzrə illərlə necə dolaşa bildiyini izah etmək mümkün deyil.

Karlos 80-ci illərdə tədricən işdən aralanır. Onun alman inqilabçısı Maqdalena Koppla ailə idilliyasını qadının həbsi pozur. Koppu azadlığa buraxarkən cütlük Dəməşqə yollanır və balaca qızlarını sakitcə tərbiyə edirlər. Körfəz müharibəsində ABŞ-ın müttəfiqi olmuş Suriya prezidenti Hafiz Əsəd 1990-cı ildə onları ölkədən sürgün edir. Onlar tezliklə ayrılmağa məcbur olurlar – Maqdalena qızı ilə Venesuelaya gedir, Karlos isə diplomatik pasportla Sudana gedir.

Nəhayət, farnsız əks-kəşfiyyatçıları da Karlosu Sudan paytaxtı Hartumda yaxalayırlar. 1994-cü ildə əməliyyatdan sonra bərpa olunur, həkimlər daha yaxşı qorunmaq üçün ona başqa klinikaya getməyi məsləhət görürlər. Candarlar Çaqqala çox güclü yuxu dərmanı vurur, əl-qolunu bağlayır və Fransaya gətirirlər. İliç Ramires Sançes nəhayət burada məhkəmə qarşısında durur.

Bir nömrəli terrorçunun həyatında və taleyində xeyli ziddiyət var. Bunların ən qəribəsi onun adına yazılan teraktlarla məhkəmədə ona aid edilənlər  arasındakı böyük fasilələrdir. Son yarıməsrdə 1970-ci ildə Entebbedə (Uqanda) Fransa təyyarəsinin qaçırılması, 1970-ci ildə İsveçrə təyyarəsinin partladılması (iki yüz nəfər həlak olub), Müəmmar Qəddafi üçün partizanların hazırlanması, 1983-cü ildə Beyrutda sülhməramlıların qazarmalarındakı partlayışlar (iki yüzdən çox cəsəd), 1972-ci ildə İsrailin Lod aeroportunda terakt və hətta həmin il Münhen olimpiadasındakı qırğını da (28 nəfər qurban gedib) Karlosa aid edirlər. Jurnalistlər cəmi 1500 nəfərin qətlini Karlosun ayağına yazırlar, özü isə “vur-tut” 82 cəsədi qəbul edir.

Hər necə olur-olsun, bütün bu dəhşətli teraktlara görə Çaqqala məhkəmədə heç vaxt ittiham elan edilməyib. Lakin həbsxanada keçirdiyi 23 ildə bunları  incəliklə araşdırmaq olardı. Karlosu nisbətən kiçik teraktlara görə mühakimə edirlər. O, ilk ömürlük həbsi Beyrutda satqın dostu və iki fransız xüsusi agentin qətlinə görə alıb.

İkinci ömürlıük həbsi Karlosa 1982-19830-cü illərdə Fransa qatarlarının partladılmasına görə veriblər. İstintaqın versiyasına görə, o, Maqdalena Koppun həbsxanadan azad edilməsinə görə silsilə teraktlar təşkil edib. Karlos isə bütün ittihamları rədd edib.

Çaqqala üçüncü ömürlük həbs Parisdə ticarət mərkəzinə qranat atmağa görə nəsib olub. “Bir nömrəli terrorçu” onuna bağlı bütün məhkəmələri təhrikedici nitqlər üçün istifadə edir – Fələstinin azad edilməsinə çağırır, İsrail hərbçilərini damğalayır, alovlu şəkildə sübut edir ki, terrorçu deyil, inqilabçıdır və ömründə heç vaxt pul xatirinə adam öldürməyib. Karlos əmindir ki, onun teraktları yalnız “sinfi mübarizənin erpizodlarıdır”.

Karlos bütün bu illər ərzində Qərb kütləvi mədəniyyətində Hannibal Lekter kimi əsil bədheybətə çevrilib. Lakin paralel olaraq onun pərəstişkar ordusu da çoxalıb. Xüsusən də onun “İnqilabi islam” avtobioqrafik kitabı uğurla satılıb. Doğma Venesuelanın onu əsil inqilabçı və azadlıq uğrunda mübariz sayan prezidenti Uqo Çaves Karlosla yazışmaya girişib və hətta ekstradisiyasını tələb etməyə hazırlaşırdı. Karakasda nümayişçilər Karlosun portreti ilə addımlayırdı və yalnız ölüm Çavesə həmvətənini azad etmək mübarizəsinə başlamağa mane oldu.

İş o yerə çatdı ki, onun vəkili, varlı valideynlərin solçun ideyalara aludə olmuş qızı İzabel Kutan-Peyre ona vuruldu. Qadın azadlıq uğrunda cürbəcür mübarizləri və vicdan məhbuslarını müdafiə etməklə ad çıxartmışdı. Onun ən səs-küylü işlərindən biri Makdonalds-ın partladılmasında ittiham edilən breton separatçları üzərində məhkəmə oldu. Kutan-Peyre elə ilk görüşdəcə Karlosa məftun olmuşdu, 2001-ci ildə hər ikisi İslamı qəbul edib və birbaşa həbsxanada evləniblər – bir-birlərinə üzük verib, Qurandan bir neçə surə oxuyub və öpüşüblər.

Dəhşətli bir qalmaqal alındı. Kutan-Peyreni vəkillikdən məhrum etmək vədi verdilər. O, etiraz etdi: “Maraqlıdır, qanunda harada yazılıb ki, vəkil öz müştərisinə ərə gedə bilməz?”

O, indi “Karlosa ərə getmək: basqı altında Sevgi” kitabını satır, Karlos isə ona təsirli şerlər yazır.

Qadın son prosesdə də vəkil idi. Hökm lap əvvəldən aydın idi, amma Kutan-Peyre bütün ittihamları əsassız, sübutları isə saxta adlandırıb. İliç Sançes Ramiresin kim – ideya mübarizi və yaxud qaniçən cinayətkar – olduğu haqda mübahisələr tezliklə səngiməyəcək.

 

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button