2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“20 Yanvar” dairəsindən taksilərin yığışdırılmasının şok səbəbi

Artıq bir həftədir ki, 20 yanvar metrosunun yaxınlığına taksilər buraxılmır. Bəs bunun həqiqi səbəbi nədi?

Məlumat üçün deyək ki, uzun illərdir həmin ərazidən Sumqayıt və Xırdalan şəhərlərinə, Müşfiq qəsəbəsinə, həmçinin paytaxtdaxili taksilər işləyirdi. Qəfildən Dövlət Yol Polisinin həmin ərazidə taksi fəaliyyətinə qadağa qoyması müxtəlif mülahizələrə səbəb olub.

Bəzi iddialara görə, bu, Bakıda keçirilən Formula 1 yarışına görə olub. Lakin bu inandırıcı görünmür. Əvvəla, taksilərə qadağa yarışlar başlanmamış qoyulub. İkincisi, yarışların keçirildiyi ərazi “20 Yanvar” dairəsindən xeyli uzaqdır. Qadağa Formula 1-ə görə olsaydı, o bu zaman paytaxtın digər yerlərində də tətbiq edilərdi.

Saytların yığılması Saytlarin yigilmasi

Başqa bir mülahizəyə görə isə qadağanın səbəbi ərazidə yaşayan sakinlərin narazılığıdır. Bu da inandırıcı görünmür. Çünki yuxarıda qeyd etdiyimiz kimi həmin ərazidə uzun illərdir ki, taksilər fəaliyyət göstərir.

O zaman əslində nə baş verib? 24saat.org-a daxil olan məlumata görə, qadağanın səbəbi tamam başqadır. İddia olunur ki, vəzifəli şəxlərdən birinin yaxının, bəzi məlumatlara görə qardaşının səhhətində ciddi problem yaranıb. Həmin şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılırmış. Lakin maşın “20 Yanvar” dairəsində tıxaca düşüb. Bu səbəbdən xəstəni vaxtında xəstəxanaya çatdırmaq mümkün olmayıb və o dünyasını dəyişib.

Bu məsələ “yuxarılar”a çatıb. Bundan sonra taksilərin ərazidən qovulmasına göstəriş verilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button