Xəbərlər

20 Yanvar faciəsinin 33 ili tamam olur

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qırğından 33 il keçir.

Artıq hər il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda və əyalətlərdə həmin faciənin qurbanları anılır.

33 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.

O vaxtdan hər il yanvarın 20-də həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi xatırlanırlar.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Tokayev parlamenti buraxır, seçki təyin edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button