2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

20 Yanvar günü saxlanılanlar məhkəməyə çıxarılıb

AXCP-nin bir neçə üzvü barədə məlumat yoxdur

20 Yanvar Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət zamanı Milli Şuranın 20-dən çox tərəfdarı saxlanılıb. 

Onlardan 9-u bazar ertəsi, yanvarın 21-də məhkəməyə aparılıb.

Bu barədə partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Yasamal məhkəməsi Şəhidlər Xiyabanı yaxınlığında saxlanılan təşkilat üzvləri Ramin Əhmədov və Amil Məmmədzadəni 200 manat cərimə edib, Həsənəli Baxşəliyev isə 10 sutka həbs olunub. Bitərəf fəallar İlqar Quliyev, İsrafil Ələkbərzadə, Coşqun Cəfərov və adı hələlik dəqiqləşdirilməyən bir nəfər Yasamal Rayon Məhkəməsinə aparılıb. Digər AXCP fəalları Ayaz Məhərrəmov və Tofiq Məmmədov Nəsimi Rayon Məhkəməsinə aparılıb. AXCP üzvləri Rəşid Turabov, Süleyman Məhərrəmov və Faiq Nağıyevin barəsində məlumat yoxdur.

O, yanvarın 20-də sərbəst buraxılanların bu gün yenidən polisə çağrıldığını söyləyib.

Öz növbəsində DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Turan” agentliyinə bildirib ki, yanvarın 19-da müxalifətin mitinqindən sonra bir qrup şəxs “stadionu tərk edərkən ictimai asayişi pozmağa cəhd göstərib”. Onun sözlərinə görə, polis əməkdaşları bu hərəkətlərin qarşısını alıblar.

E.Zahidov bildirib ki, yanvarın 20-da Şəhidlər Xiyabanını ziyarət zamanı bir qrup şəxs ictimai asayişi pozduğuna görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bunlar müxalifətin mitinqindən sonra ictimai asayişi pozan həmin şəxslərdir. O saxlanılan şəxslərin adlarını açıqlamayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button