2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

20 Yanvarda həlak olanların ailələrinə yardım veriləcək

20 Yanvar faciəsi zamanı həlak olanların ailələrinə və o hadisələrdə əlil qalanlara birdəfəlik maddi yardım ediləcək.

Bu barədə bu gün, yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bu, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqələndirilir: “Bu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb”.

Açıqlamaya görə, Bakıda qeydiyyatda olanlar Beynəlxalq Bankın (ABB) Bakıdakı, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə onun ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.

Xatırlatma

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya ordu yeridilib. 35 minlik ordu korpusunun apardığı əməliyyat “Zərbə” adlanırdı. Azərbaycanın rəsmi qurumları həmin günlərdə Bakıda və respublikanin bir sıra bölgələrində SSRİ ordusunun 130-dan çox dinc sakini öldürdüyünü, 700-dən çox adama isə müxtəlif dərəcəli xəsarətlər yetirdiyini açıqlayıblar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button