2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

”200-dən çox şəxs xaricdə yaşayan qohumundan imtina etməyə məcbur edilib”

”Təqib sərhəd tanımır” hesabatı açıqlanıb

“Hökumət xaricdəki tənqidçilərini susdurmaq üçün bu işə qanunverici, icraedici və məhkəmə hakimiyyət orqanlarını cəlb edib. Bundan başqa, ölkədə fəaliyyətini davam etdirən bütün TV-lər və radiolar bu fəaliyyətə cəlb olunub”.

“Leqat” İnteqrasiya Mərkəzi və “Avropost” qəzetinin təşkilatçılığı ilə Avropada yaşayan bir qrup azərbaycanlı tərəfindən hazırlanmış “Təqib sərhədd tanımır” adlı hesabatda belə deyilir.

Hesabatın ilkin variantının təqdimatı Almaniyanın Düsseldorf şəhərində yerləşən “Avropost” qəzetinin ofisində baş tutub.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatın hazırlanmasında iştirak edən Rüzgar Mövsüm, Röya Rəfili, Həbib Kərimov, Qabil Əliyev, Azər Abbasov, Ilqar Altay, Əli Həsənəliyev hazırladıqları bölmələrin təqdimatını edib. Müzakirələrdə Elnur Majidli, Tural Sadıqlı, Tural Həsənzadə, Elçin Abdullayev, Tural İsmiyev və başqaları iştirak ediblər, irad və təkliflərini veriblər. Müəyyən düzəlişlərdən sonra hesabatın mətbuata açıqlanması, tərcüməsi və yerli və beynəlxalq qurumlarda yayılması qərara alınıb.

Mətbuat üçün məlumatda qeyd olunur ki, hesabatın məqsədi Azərbaycanın hüdudlarından kənarda yaşayan və hakimiyyəti tənqid etdiyinə görə təqiblərə məruz qalan şəxslərə, ölkədən kənarda fəaliyyət göstərən KİV-lərlə əməkdaşlıq edən jurnalistlərə qarşı olan basqıları araşdırıb ümumi mənzərəni aydınlaşdırmaq, təqibdən zərərçəkənlər və onların müdafiəsi haqqında dolğun məlumatın əldə etmək, eləcə də, hakimiyyət təmsilçilərini tənqidə görə təqib kimi qanunsuz hərəkətlərdən çəkindirməyə nail olmaqdan ibarətdir.

Hesabatın hazırlanması zamanı son 3 ildə mətbuatda dərc edilən yazıların, televiziya verilişlərinin və video süjetlərin monitorinqi aparılıb.

Hesabat müəllifləri hesab edir ki, xaricdə məskunlaşan vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gəlməsi, ölkədə baş verənlərə xaricdən bu və ya digər formada etirazlar edilməsi ilə bağlı 2016 -2017- ci illərdə xüsusi canlanma hiss olunmaqdadır. Xüsusilə, xaricdə yaşayanlar tərəfindən təsis edilən müstəqil KİV-lərin, xəbər portallarının, blogerlərin, ictimai təşkilatların, habelə, siyasi partiya nümayəndələrinin cəmiyyətə təsiri artmaqda davam edir:

“Bu aktivliyin qarşısını almaq üçün bəzi hakimiyyət təmsilşiləri Avropada yaşayan azərbaycanlıların, hətta diaspora təşkilatları adı altında təşkilatlanmasının qarşısını almağa çalışır”

Hesabat müəlliflərinin fikrincə, xaricdə yaşayan fəalların höküməti tənqidinə görə qohumlarının təqib olunması insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkədən köçün və xaricdə sığınacaq axtaranların sayının da artmasına səbəb olur.

“Xaricdə yaşayan fəalların gözdən salınması üçün son 6 ayda ölkə daxilində və xaricdə hakimiyyət tərəfindən 10-dən çox dəyirmi masa keçirilib. Əldə edilmiş sənədlərlə müəyyən olunub ki, 200 nəfərdən çox şəxs xaricdə yaşayan qohumundan imtina etməyə məcbur edilib. 96 nəfərə yaxın şəxs qanunsuz saxlanılıb, 51 nəfər inzibati qaydada həbs edilib, 23 nəfər vəzifədən çıxarılıb və ya aşağı vəzifələrə təyin edilib və ya fəaliyyətinə qadağa qoyulub, 32 nəfər narkotik saxlama, qanunsuz sahibkarlıq, sənədləri saxtalaşdırma kimi qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib, 21 nəfər haqqında xaricdəki fəaliyyətinə ğörə cinayət işi başlanılıb” – hesabatda vurğulanır.

“Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri hazırda mühacir həyatı yaşayan hüquqşünas Əlövsət Əliyev, “Avropost” qəzetinin baş redaktoru isə Anar Orucovdur. Anar Orucov “Kanal 13” internet kanalının rəhbəri olub, hazırda mühacirətdədir.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button