2010-cu ildən Azərbaycanda ölüm halları 1.1 dəfə artıb
Ötən il Azərbaycanda 56648 nəfər dünyasını dəyişib ki, bunlardan 31385 nəfəri şəhərlərin, 25263 nəfəri isə kəndlərin payına düşüb. 2010-cu ildən etibarən ölüm halları 1,1 dəfə artıb.
Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşri xəbər verir ki, 2016-cı ildə əmək qabiliyyətli 16506 nəfər dünyasını dəyişib ki, bu da əvvəlki illə müqayisədə 178 nəfər və ya 1,01 dəfə azdır. Ötən il 1 yaşadək uşaqlar arasında 1666, 5 yaşadək uşaqlar arasında 2092 və doğum zamanı analar arasında 22 ölüm halı qeydə alınıb. Buna baxmayaraq, əvvəlki illə müqayisədə ölüm hallarında azalma qeydə alınıb.
Ölüm səbəbi kimi əsas üstünlük qan dövranı sisteminin xəstəliklərində olub ( 34093 nəfər). Ən az ölüm halına isə dəri və dərialtı toxumanın xəstəliyi zamanı rast gəlinib (3 nəfər).
Azadliq.info
24saat.org
Mənbə – azadliq.info