2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

2012-ci ildə Almaniyada koronavirus haqqında nə yazılmışdı?

ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli dünyanı lərzəyə gətirən koronovirusu ilə bağlı özünün feysbuk səhifəsində daha bir maraqlı material paylaşıb. 

2012-ci ildə Almaniyada Robert Koch İnstitutu tərəfindən Merkel höküməti üçün hazırlanan reportda yeni SARS virusunun Almaniyaya yayılması halında nələr ola biləcəyi simulyasiya edilir. Bu cür simulyasiyaları alimlər həmişə edirlər, hərənin öz sahəsinə uyğun olaraq. Məhz bu simulyasiyanı etməkdə məqsəd o olub ki, hökümətə göstərsinlər ki, 2002-nin sonlarında Çində başlayan və 2003-ün ortalarına qədər davam edən və Çindən Hong Konga və oradan da Torontolu həkimə yoluxaraq Kanadaya yayılan SARS xəstəliyi gələcəkdə Almaniyaya yayılsa nə olar. Simulyasiyaya görə Çində heyvan bazarından başlayan virus tezliklə insandan insana yayılır və orada səfərdə olan iki almana keçir. Həmin almanlardan biri səhərisi gün Almaniyaya qayıdır və ölkənin şimalında böyük bir sərgidə iştirak edir. O biri alman isə Çindəki exchange təhsilini başa vurub Almaniyanın cənubunda öz universitetinə qayıdır və dərslərə davam edir. Belə etməklə mümkün qədər simulyasiyanı real etmək istəyiblər ki, Almaniyaya tez yayılmasını ölçə bilsinlər. Simulyasiyanı özləri daha şiddətli formada edirlər ki, yüz və ya min ildə rast gəlinəcək pandemiyanın nəticələri ölçsünlər.

Saytların yığılması Saytlarin yigilmasi

Deməli fevralda başlasa Aprelin sonuna qədər Almaniyaya tam yayılacağı fərz edilir. Cavanlarda ölüm faizi 1 faiz, qocalarda isə 50 faiz olaraq fərz olunub. Xəstəlik ortalama olaraq 3 gündə bir insandan başqasına ötürülür. Xəstəliyə müalicə yoxdur, və fərz olunur ki, üç il vaksin də tapılmayacaq. Bundan sonra hesablamalar göstərir ki, bir ilə 29 milyon, sonra 23 milyon, sonra da 26 milyon adam xəstələnəcək və bu dövrdə azı 7.5 milyon ölüm gözlənilir. Amma kəskin tədbirlər görülsə bu rəqəmi çoxlu azaltmaq olar və üç ildə xəstələrin sayı 10 milyonu keçməz.

Belə bir hadisə ola bilər mi? Qeyd edirlər ki, tarixdə çox olub belə pandemiyalar, və mütləq gələcəkdə də olacaq. Amma dəqiq deyə bilmərik nə vaxt olacaq. Sonra hesabatda deyilir ki, hökümət hansı addımları atmalıdır – karantinadan tutmuş özünü-izolyasiyaya qədər, ictimai nəqliyyatın, ictimai fəaliyyətlərin vəs. məhdudlaşdırılması kimi tədbirlər nəzərə alınır. Eyni zamanda iqtisadi təsirinə baxırlar – rəqəmlər olaraq yox, amma tədarük zəncirindən tutmuş istehsala, nəqliyyata qədər ayrı ayrı sahələrdən yazıblar. Səhiyyədə dedikləri maraqlıdır – xəstəxanalara və həkimlərə çox kəskin tələb artacaq. Birinci dalğada mövcud çarpayı sayından 4-5 dəfə çox xəstə olacaq və ona görə də yüngül olanları evə göndərib ağır olanları müalicə etmək üçün təcili xəstəxanalar qurulacaq. Tibbi ləvazimatlar adətən çox stoklanmadığı üçün artan tələbi qarşılamaq çox çətin olacaq və sürətli yayılan ölüm halları dəfn prosesini çətinləşdirəcək. Beynəlxalq farma sənayesi tədarük problemi yaşayacaq. Qıda sənayesində də qıtlıq özünü göstərəcək. Hər nə qədər iqtisadiyyatın başqa sahələrinə (xidmət və bank) təsiri simulyasiya edilməsə də, aydındır ki, belə olanda o sahələr də şok vəziyyətinə düşəcək. Qlobal sənayə xəritəsinin problemlərini də müzakirə etməyiblər – hər halda 2012-də bu hələ indiki kimi Asiyada və Çində ola bilsin təmərküzləşməmişdi. Hər nə qədər xəstə və ölüm hallarında çox yuxarı rəqəmləri göstərsələr də ümumən iqtisadiyyata təsirində yumşaq nəticələr göstəriblər. Amma ən azından səhiyyə sisteminin çökəcəyini bildiriblər.

Merkel hökümətinin bu hesabatdan sonra nə etdiyini bilmirəm, amma dünyada hər ölkəyə bu hesabatı vermək ya da öz ölkəsinə görə uyğunlaşdırmaq lazım idi və qlobal təhlükənin miqyasını göstərmək lazım idi. Amma, dediyim kimi, alimlər həmişə belə simulyasiyalar edirlər, hərə öz sahəsində. Təvazokarlıqdan uzaq olsa da mən özüm də etmişəm nəzəri modellər vasitəsilə – müxtəlif vergilərin şirkət dəyərinə təsirini ölçmək üçün (2017 vergi aktında bəzi qərarlarla üst-üstə düşürdü simulyasiyalarım). Yəni hər sahədə belə yüzlərlə araşdırmalara rast gəlmək olar və epidemiologiya sahəsində elə araşdırmaların çoxu bu cür qurulur. Əsas odur ki, gərək hökümətlər, siyasətçilər alimlərin bu modellərindən, araşdırmalarından bir nəticə çıxartsınlar. Yoxsa vəziyyət bax elə bu günki kimi olacaq..

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button