2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

2016-cı il aprel müharibəsindən sonra vəzifədən kənarlaşdırılan general Ermənistanın müdafiə naziri oldu

Bakı/02.08.21 Bazar ertəsi Ermənistanın hökumət başçısının təqdimatı və ölkə prezidentinin qərarı ilə general-mayor Arşak Karapetyan ölkənin müdafiə naziri təyin edilib.

Bir neçə ay əvvəl Paşinyana qarşı qiyam qaldıran bir qrup generalın vəzifədən azad edilməsindən sonra o, Ermənistan SQ-nin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.

10 gün əvvəl o, müdafiə naziri səlahiyyətlərini icra edən şəxs təyin edilib, bundan sonra RF müdafiə naziri Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır ki, Arşak Karapetyan hərbi kəşfiyyat rəhbəri vəzifəsində çalışarkən 2016-cı ilin aprel müharibəsindən sonra vəzifədən kənarlaşdırılıb. Həmin vaxt o, Azərbaycan SQ-nin hərəkətlərini “gözdən qaçırmaqda” ittiham olunub. Amma 2018-ci ilin dekabrında Nikol Paşinyan onu öz müşaviri təyin edib.

Ermənistan ekspertlərinin fikrincə, Arşak Karapetyan bu vəzifə üçün ən zəif və uğursuz fiqurlardan biridir. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button