2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

2016-cı ilin Quba etirazlarına görə daha 11 nəfərə hökm oxunub

2016-ci il, Qubada etiraz aksiyası

Saytların yığılması Saytlarin yigilmasi

Siyəzən rayonunda Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2016-cı ilin yanvarında qiymət artımına etiraz aksiyasından sonra həbs edilən 11 nəfərə hökm oxunub. Məhkəmə martın 29-da keçirilib. Bu haqda Siyəzən rayon Məhkəməsindən bildiriblər.

Məhkəmənin hökmü ilə həmin şəxslərin 4 ildən 6 ilə kimi azadlıqdan məhrum edilib. Prosesi Quba rayon Məhkəməsi aparıb. Sadəcə, müttəhimlər Siyəzən rayonundan olduğundan, məhkəmə iclasları bu rayonda keçirilib.

Məhkəmə prosesinin media və geniş ictimaiyyətin iştirakı olmadan keçirilib. Bununla bağlı Quba və Siyəzən rayon məhkəmələrinin rəsmi saytlarında da hər hansı məlumat yayılmayıb.

Məhkəmədən məhkum edilmiş siyəzənlilərin adlarını açıqlamayıblar. Onların yaxınları və ya vəkilləri ilə də, hələlik, əlaqə saxlamaq mümkün olmayıb (azadliq.org).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button