2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

2017 bolşeviklərin 1917-sinə bənzəyir

“The Economist” məcmuəsində Adrian Wooldridge yazır ki, 2017-ci il özünün bir çox cəhətləri ilə Rusiya inqilabını yetişdirmiş 1917-ci ili xatırladır.

Məqalədə deyilir ki, 2014-cü il, qanlı Birinci Dünya Müharibəsinin başlandığı 1914-ə bənzəyir. 2017-ci il isə sanki Vladimir Lenin və bolşevikləri hakimiyyətə gətirmiş 1917-ci il kimidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra gələn stalinizm dövründə isə kütləvi kollektivləşdirmə və sənayeləşdirmə 20 milyon insanın yox olmasına bais siyasi repressiyalara yol açıb.

Bu dövrdə Hitler, Mussolini və Franco-nun hakimiyyətə gəlməsi də bir növ kommunizmə cavab reaksiyası idi. Wooldridge yazır ki, məhz buna görə də İkinci Dünya Müharibəsinin sonlarından Qərb istər soldan, istəsə də sağdan gələn avtoritarlığın qarşısını almaq üçün çox çalışmalı olmuşdu.

Müttəfiqlər qlobal təsisatların silsiləsini – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BMT-ni yaratmışdılar.

Bu dövrdə bir çox ölkələr sosial təminat sistemi qurmağa çalışırdılar. Amerika əvvəlcə Sovet İttifaqının durdurulmasına, sonra isə çökməsinə səbəb olmuş çəkindirmə siyasəti yürüdürdü.

“Lakin indi, bu qızıl zəmanə başa çatmaqdadır, -yazır müəllif, – Bu dəfə atəş soldan yox, sağdan açılıb. Britaniyada Brexit, Amerikada Donald Trump baş verib. Lakin buna baxmayaraq liberal nizamın çökdüyü 1917-ci illə 2017-nin bənzərliyi heyrətamizdir”.

Rusiya inqilabınadək ötən 40 ildə liberallığın təntənəsi dövrü idi. Britaniyanın liderliyi ilə azad ticarət dünyanı bir araya gətirmişdi. Liberal demokratiya Amerika və Britaniyada və bəzi başqa yerlərdə zəfər çalmışdı.

Bunun ardınca 1980-lərdə Amerikanın başlatdığı qlobalizm çövlan edirdi. Demokratiya kimi tanınan ölkələrin sayı artırdı. Sağ və sol siyasətçilər “Washington konsensusu” uğrunda rəqabət aparırdılar.

Bu dövrdə dünyanın yaxası daha bir dağıdıcı müharibədən qurtarmışdı. Amma başqa parallellər də diqqətəlayiqdir. Amerikada Trump nəinki liberal nizamı, azad ticarəti məhv etməyi planlaşdırır, o hətta xatakar rejimlərə qarşı sipər çəkən alyansları zəiflətməyə hazırlaşır.

Qloballaşma başa çatıb?

Britaniyada Theresa May öz ölkəsinin Avropa İttifaqından çıxmasına çalışır. Cənab Trump-ın təntənəsi xüsusən də Putin və Le Pen kimi avtoritarları cəsarətləndirəcək.

Adrian Wooldridge yazır ki, belə bir vəziyyətin yaranmasına elə demokratların özləri bais olublar. ABŞ-da demokratlar Hillary Clinton-un namizədliyini verməklə məğlubiyyətlə üzləşiblər, Britaniyada isə David Cameron birbaşa demokratiya eksperimenti aparmasaydı, yəqin ki, Brexit də olmazdı.

Qlobal iqtisadiyyat da bu dövrdə əsasən 1 faiz təşkil edən supervarlıları mənfəətləndirib. Onların gəlirləri 1979-cu ildə dünya sərvətinin 8 faizini təşkil edirdisə, bu rəqəm 2007-ci ildə iki dəfə artaraq 17 faiz olub.

Putin və Le Pen
Cənab Trump-ın təntənəsi xüsusən də Putin və Le Pen kimi avtoritarları cəsarətləndirəcək.

Məqalədə deyilir ki, görəsən liberallar liberal nizamın qalan nailiyyətlərini qoruyub saxlaya bilərlərmi? Adrian Wooldridge-in fikrincə bunun ən vacib üsulu liberalizmin Putin kimi düşmənlərini ifşa etməkdir.

Başqa avtokratlar sinələrinə döymələrinə baxmayaraq Putindən qat-qat zəifdirlər” – yazır Adrian Wooldridge. Lakin iş quru tənqidlə bitmir. Liberallar kapitalizmin xarab hissələrini təmir etməlidirlər. Söhbət ilk növbədə sabitliyi hədələyən bərabərsizlikdən gedir.

Adrian Wooldridge xəbərdarlıq edir ki, qarşıdan 2017-ci ilin oktyabrı gəlir.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button