2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

2017-ci ilin nüfuzlu pasportları: Azərbaycan siyahıda geriləyib

Azərbaycan pasportu dünyada 63-cü ən güclü sənəddir, Kanadada yerləşən maliyyə məsləhət şirkəti Arton Capital-ın 2017-ci il üzrə vizasız səyahət edilən ölkələrə əsasən hazırladığı siyahıda bildirilir.
Ötən il Azərbaycan bu siyahıda 62-ci idi.
Sərhəddə verilən vizaya görə qurulmuş Fərdi siyahıya əsasən, 125-ci yerdə olmaqla, Azərbaycan pasportu ilə 31 ölkəyə vizasız, 30 ölkəyə isə sərhəddə viza almaqla səyahət etmək mümkündür.
Azərbaycan özü isə 22 ölkənin vətəndaşlarından ölkəyə gəliş üçün viza istəmir və buna görə də Qonaqpərvər siyahısında 22-ci yerdədir.
Cənubi Qafqazın digər ölkələrinin – Ermənistanın və Gürcüstanın pasportları isə müvafiq olaraq və 67 və 43-cü yerdədirlər.
Türkiyə pasportu ötən ilə nisbətən 1 addım geriləyib və 42-ci yerdə qərar tutub. Bu pasportla 104 ölkəyə vizasız gedib-gəlmək olur.
Dünyanın ən güclü pasportları isə Almaniya və Sinqapurundur. Bu ölkənin vətəndaşları 159 ölkəyə vizasız gedə bilərlər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button