24saat.org 2018-ci ilin ən fəal icra başçısı və rayonu seçiləcək - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
2018-ci ilin ən fəal icra başçısı və rayonu seçiləcək

Sorğu www.ASGA.az saytında həyata keçirilir

“İCMAL.AZ” ANALİTİK TƏHLİL MƏRKƏZİ Azərbaycan – Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə İLİN REGİONUnu və İLİN İCRA BAŞÇISI sorğusunu reallaşdırmaq niyyətindədirlər.

24saat.org 7News.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı deyib: “Bu tip sorğular demək olar ki, dünyanın bütün inkişaf eləmiş ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL.az və ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilir. Səsvermələrə 14 dekabrda dayandırılacaq və 15 dekabrda nəticələraçıqlanacaq. 1-ci yerdə qərarlaşan “İlin başçısı” nominasiyası üzrə, 2-ci yerdə qərarlaşan isə “İlin rayonu” nominasiyası üzrə qalib elan ediləcəkdir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.