2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

2019-a qayıtdıq: Azərbaycan yenə axırıncı yerdədir

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda inflyasiya 14 faiz olub. Müstəqil iqtisadçılar isə kəskin qiymət artımlarını əsas gətirib, inflyasiyanın azı iki dəfə yüksək olduğunu iddia edirlər. Məsələn, iqtisadçı Rövşən Ağayev bu ilin 11 ayı ərazində gömrükdən büdcəyə daxilolma ötən ilə nisbətən 1.2 mlrd. manata yaxın (29%) artdığını bildirir. Onun sözlərinə görə, bu artımın səbəbi idxalın kəskin artımıdır – idxal 2,5 mlrd. dollar və ya 24% artıb. Ekspert idxalın bu cür kəskin artımının səbəbi kimi qiymət artımını göstərib. “İdxal real ifadədə 2%-dən də çox artıb. İdxaldakı 24%-lik artımın 22%-ə qədəri məhz idxaldakı kəskin bahalanmadır. Tək idxal mallarının qiymət artımına görə 11 ayda cibimizdə 1.2 mlrd. manat əlavə pul çıxıb büdcəyə gedib”, – Ağayev vurğulayıb.

Parlamentin 9 dekabrda keçirilən iclasında Baş nazir Əli Əsədov da bahalaşmadan danışıb və yüksə rəqəmlər səsləndirib. Amma müstəqil iqtisadçılardan fərqli olaraq, o, yüksək qiymət artımını qlobal bazarlardakı dəyişikliklərlə əlaqələndirib.

Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: “Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub”.

Saytların yığılması Saytlarin yigilmasi

Əlbəttə, bahalaşma, inflyasiya əhalinin gəlirlərini ciddi şəkildə azaldır, sosial vəziyyətini pisləşdirir. Bunu rəsmi məlumatlar da inkar eləmir. DSK-nın məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50 milyard 591,5 milyon manata çatıb. Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur. Beləliklə, inflyasiya faizləri ilə hətta rəsmi məlumatlarda təqdim olunan gəlir artımı da uzlaşmır. Bu da hökumətin növbəti ilə pensiya və maaşların artımı, iqtisadiyyatın canlanması, inflyasiyanın cilovlanması və s. tədbirlər görməsini qaçılmaz edir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, sosial ödənişlərin artırılması ilə bağlı islahatlar zərfi müzakirə mərhələsindədir. Amma o hansı addımların atılacağını dəqiqləşdirməyib, yalnız onu bildirib ki, müzakirələrdən sonra artımlar barədə dəqiq məlumat ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqının artırılmasına dair sonuncu prezident sərəncamı 2021-ci il dekabrın 17-də imzalanıb. Həmin sərəncamla 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycanda minimum əməkhaqqı 250 manatdan 300 manata qədər artırılıb. Pensiyaların minimum həddi 240 manat, yaşayış minimumu 220 manat, yaşa görə sosial pensiya 180 manat təşkil edib. Daha sonra fevral ayında hökumət hər rüb üzrə pensiyaçılara əlavə 50 manat (toplam 200 manat) müavinət verib.

2023-cü ildə həmin 200 manatın aylara bölünərək illik pensiyaya əlavə olunması, habelə inflyasiya həddinə görə indeksasiya olunacağı məlumdur. Bu da təxminən toplam aylıq pensiyaların 13-14 faiz artımı demək olacaq. Daha sonra yaşayış minimumu ilk dəfə ən aşağı pensiya həddinə – 246 manata çatdırılacaq. Nəticədə sosial yardım təyin olunan ailələrin gəlirlərində artım gözlənilir.

Bununla belə, hökumət minimum əməkhaqqı artırmaq niyyətində görünmür. Çünki bu barədə hər hansı açıqlama, bəyanat səsləndirməyib. Yada salaq ki, hökumət hələ 2021-ci ilin oktyabrında 2022-ci ildə sosial ödənişlərlə bağlı planlarını açıqlamışdı. Bu il susqunluq nümayiş etdirilir. Baxmayaraq ki, hökumət yüksək neft-qaz gəlirlərindən yaxşı qazanıb, rəsmi rəqəmlərə görə karbohidrogen satışından təmiz 20 milyard manat əldə edib.

İl sonuna yaxın Azərbaycana qonşu ölkələrdə minimum əməkhaqqı artımlarına dair qərarlar qəbul edilir. Türkiyədə yanvarın 1-dən minimum əməkhaqqı 5 min 500 lirədən 8 min 500 lirəyə – təxminən 775 manata yüksələcək. Nəticədə Türkiyədə minimum maaş alanların gəliri 55 faiz və ya 270 manat artacaq.

Sanksiyalar altında əzilən Rusiyada da gələn il minimum əməkhaqqının artırılmasına qərar verilib. Yanvarın 1-dən etibarən Rusiyada minimum əməkhaqqı 16 min 242 rubl olacaq. Bu, hazırki məzənnə ilə təxminən 395 manat deməkdir. Hazırda Rusiyada minimum maaş 15 min 279 rubldur (təxminən 371 manat). Bu baxımdan, aydın olur ki, ölkədə minimum əməkhaqqı gələn il 6.3 faiz artacaq.

Ermənistanda da 2023-cü ilin ilk günündən minimum maaş artırılacaq və 75 min dram – indiki məzənnə ilə təxminən 315 manat olacaq. Hazırda Ermənistanda minimum əməkhaqqı 68 min dramdır – 286 manat. Deməli, gələn il minimum əməkhaqqı təxminən 10 faiz artacaq.

Beləliklə, Azərbaycan 3 ildən sonra yenə də bölgədə minimum maaş məbləğinə görə yenə autsayderdir. Xatırladaq ki, 2019-cu ildə  hökumət Bakıda və regionlarda artan sosial etirazları nəzərə alaraq maaş, pensiya və müavinətləri əhəmiyyətli dərəcədə artırmışdı. Yalnız bu qərarlardan sonra Azərbaycanda müvafiq göstəricilər qonşu Gürcüstan və Ermənistanla təxminən bərabərləşmişdi.

3 il sonra hökumətin real vəziyyətə uyğun atılmalı olan addımları ləngitməsi Azərbaycanı əhalinin həyat səviyyəsi göstəricilərinə görə yenə axırıncı sıralara qoyur…

Turqut

The post 2019-a qayıtdıq: Azərbaycan yenə axırıncı yerdədir appeared first on 24 saat.

24 saat” “2019-a qayıtdıq: Azərbaycan yenə axırıncı yerdədir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button