Loading...
Loading...
Cəmiyyət

2020 Avropa Çempionatının ən yaxşı oyunçusu

Italiya millisinin qapıçısı Canluici Donnarumma futbol üzrə 2020-ci il Avropa Çempionatının ən yaxşı oyunçusu seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

Donnarumma iyulun 11-də İngiltərə ilə final görüşünün sonundakı penaltilər seriyasında komandasını 2 dəfə xilas edə bilib.

Nəticədə İtaliya millisi penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edk ki, oyunun əsas və artırılmış vaxtlarında hesab 1:1 olub.

İngiltərə millisi elə oyunun 2-ci dəqiqəsində rəqib qapısına yol tapa bilsə də İtaliya yığması ikinci hissədə hesabı bərabərləşdirib.

24 saat” “2020 Avropa Çempionatının ən yaxşı oyunçusu” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button