2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

2020-ci ildə Xəzərin səviyyəsi 27 metrə yaxın düşəcək

“Belə bir təhlükə var ki, Azərbaycan torpaqlarının bir hissəsi səhralaşmağa məruz qala bilər. Qəribə də olsa bu, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinə müsahibəsində məlumat verib. Alim “Xəzər dənizini hansı gələcək gözləyir?” başlığı ilə çap olunmuş yazısında Xəzər dənizinin Xəzəryanı ölkələr və Azərbaycan üçün əhəmiyyəti, hazırkı vəziyyəti və gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb.

“Bu yaxınlarda “National Geographic” jurnalında yazıblar ki, tezliklə Azərbaycan ərazisinin üçdə iki hissəsi suya qərq olacaq. Mən buna əsla inanmıram. İlk dəfə belə bir proqnozu 1992-ci ildə mənim dostum, Xəzər problemləri üzrə idarələrarası elmi şuranın sədri və A.M.Obuxov adına Fizika İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Georgi Qolitsın vermişdi. O, hətta AMEA-ya bu barədə xəbərdarlıq teleqramı göndərmişdi ki, bilin, Qız qalası suyun altında qalacaq. Son altı yüz il ərzində belə hadisə olmayıb. Su Qız qalasının ətəyinə bir qədər yaxınlaşıb. Son üç min ildə aparılmış müşahidələrə görə Xəzər dənizinin səviyyəsinin dəyişməsi 15 metrdən çox olmayıb”, -deyə akademik bildirib.

R.Məmmədov “Keçən əsrin 70-ci illərinin axırlarından 90-cı illərinin ortalarına qədər Xəzərin səviyyəsi 2,5 metr artıb və bu, Xəzəryanı dövlətlərə 2 milyard dollar ziyan vurub” fikrinə münasibət bildirərək qeyd edib ki, Qazaxıstanda neft buruqları, biz də isə neft platformaları hazırlanan zavodun köməkçi qurğuları su altında qalmışdı. Bakı dənizkənarı bulvarındakı ekzotik ağaclar məhv oldu. İtkilər böyük olub, lakin bunun təqsiri təbiətdə deyil, inadkarlıq edən insanlardadır. Məlumdur ki, Xəzərin səviyyəsi adətən ildə 30-40 santimetrə qədər qalxıb-enir. Buna səbəb dənizə tökülən çayların suyu, suyun buxarlanmasıdır. 1837-ci ildən Xəzərin səviyyəsi ilə bağlı meteoroloji müşahidələr aparılır. Məlum olub ki, dəniz səviyyəsinin ciddi dəyişmələri 11 il dövriliklə baş verir. Bizim fikrimizcə bu, günəşin aktivlik dövrləri ilə bağlıdır. Hesab edirik ki, 2020-ci ildə Xəzərin səviyyəsi 27 metrə yaxın düşəcək. Lakin bu, heç də o demək deyil ki, indi sahilin yaxınlığında avtomobil yolları, zavodlar tikmək olar.

“Bədbin proqnozlarla heç vaxt razılaşmamışam və indi də razılaşmıram. 1993-cü ildə Parisdə, 1995-ci ildə Tehranda keçirilmiş iqlimə dair konfranslarda çıxış edib demişəm ki, Xəzərin səviyyəsinin qalxması tezliklə dayanacaq və kiçik tərəddüdlərlə sabitləşmə dövrü başlanacaq”.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button