2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

2022-ci ildə iqtisadiyyatın hansı sahələrində artım olub?

Gürcüstan Azərbaycanın turizmlə bağlı 3 il sonrakı planlarını indi həyata keçirir

2022-ci ildə Azərbaycan iqtisadiyyatında bir neçə sahədə artım olduğu bildirilir.

Həmin sahələrin içində ilk sıralarda turizm, növbəti sıralarda nəqliyyat, boru kəmərləri, dəmir yolu nəqliyyatı ilə yük daşınması gəlir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Dövlət Statistika Komitəsinin 2022-ci ilin iqtisadi yekunları ilə bağlı açıqladığı məlumatlarda bildirilir.

Ötən il dəmir yolu nəqliyyatı ilə 18,7 milyon ton yük, 5136,5 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə yük daşınmasında 24,3, sərnişin daşınmasında isə 81,8 faiz artım deməkdir.

Magistral qaz kəmərləri ilə 39216,9 milyon kub-metr qaz nəql edilib. Bu da öncəki ilə baxanda 11,7 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Qaz nəqlinin 53 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 20803,7 milyon kub-metr qaz ötürülüb.

“Bu sahələrin heç biri dayanıqlı və inklüziv iqtisadi artım üçün mənbə kimi qala bilmir”

İqtisadçı Rövşən Ağayev də deyir ki, DSK-nın məlumatlarından iqtisadi artımın hərəkətverici qüvvəsinin tikinti, turizm, nəqliyyat olduğu görünür.

Onun fikrincə, bu sahələrin heç biri dayanıqlı və inklüziv iqtisadi artım üçün mənbə kimi qala bilmir:

“Onlardan sonra nəqliyyat sektoru gəlir – xüsusən də boru kəmərləri vasitəsilə daşımalar. Məşğulluqda təxminən 10 faiz payı olan tikinti və turizmin iqtisadi artıma töhfəsi məşğulluqda 60 faizə yaxın payı olan kənd təsərrüfatı, emal sənayesi və ticarət sektorlarından az qala 2 dəfə çox olub”.

Rövşən AğayevRövşən Ağayev
Mənbə: Meydan TV

Sərhədlərin bağlı olduğu bir zamanda turizm gəlirləri necə artıb?

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi gəlib.

Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşları olub.

Azərbaycanın 2022-ci ildə turizmdən nə qədər gəlir əldə etdiyi barədə məlumat açıqlamayıb. Lakin iqtisadçı Natiq Cəfərli deyir ki, 1,6 milyon xarici ölkə vətəndaşının səfəri qarşılığında ölkənin turizm gəlirləri ən yaxşı halda 1,5 milyard dollar olacaq.

ГПС АзербайджанаГПС Азербайджана
Foto: DSX

Qonşu ölkələrdə necə olub?

Ötən ilin 11 ayı (yanvar-noyabr) ərzində Gürcüstan turizmdən 3,2 milyard dollar gəlir əldə edib.

Bu, pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə 103,5 faiz bərpa və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 182,4 faiz artım hesab olunur.

Ölkənin ötən il turizmdən əldə etdiyi 305,029,882 dollar gəlir 2019-cu ilə nisbətən 151, 2 faiz sağalma və illik müqayisədə 174,9 faiz artım deməkdir.

Beləliklə, Gürcüstan 2022-ci ilin ilk 11 ayında 4,862,247 beynəlxalq səyahətçini qəbul edib.

Bu da illik müqayisədə 185,5 faiz artım və 2019-cu ilə nisbətən 55,9 faiz sağalma deməkdir.

Eyni dövrdəki rəqəmlərə 3 milyon 348 min 333 beynəlxalq turizm növü səfəri daxil olub ki, bu da 2021-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə 133,7 faiz artım və 2019-cu ildə 70,2 faiz bərpa olub.

Bundan əlavə, noyabrda beynəlxalq səyahətçilərin sayı 2019-cu illə müqayisədə 70 faiz artıb.

Ay ərzində ölkədə 471 165 beynəlxalq səyahətçi qəbul edilib ki, bu da illik müqayisədə 160,4 faiz çoxdur.

Ermənistan və Gürcüstan. Foto: Fly Of Swallow Studio/shutterstock

Bəs Ermənistana nə qədər turist səfər edib?

2022-ci ildə Ermənistana gələn xarici turistlərin sayı 1,67 milyon nəfərə çatıb.

Ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan “Facebook” səhifəsində belə yazıb. Bununla belə, bu rəqəm 2019-cu ildə pandemiyadan əvvəl Ermənistana səfər edən 1,89 milyon xarici turistdən azdır.

Kerobyanın sözlərinə görə, təkcə 2022-ci ilin dekabrında Ermənistana 130 minə yaxın turist gəlib ki, bu da 2019-cu ilin rekordunu 20 minə yaxın ötüb.

Ermənistan da hələlik 2022-ci ildə turizmdən əldə etdiyi gəliri açıqlamayıb.

“Gürcüstana dünyanın 40-a yaxın aviaşirkəti uçur”

Cənubi Qafqaz ölkələri arasında ən çox turist qəbul edən Gürcüstan olub. Turizmdən əldə etdiyi gəlir bu ölkənin iqtisadiyyatını böyüdüb.

İqtisadçı Natiq Cəfərli bunun səbəblərini sadalayıb. Deyir, əvvəla, Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri açıqdır.

Natiq CəfərliNatiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Azərbaycanda isə sərhədlər qapalıdır və hava yolu ilə sərnişin daşımanın 90 faizi AZAL və BUTA-nın payına düşür:

“Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür. Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək”.

“Azərbaycanın 2026-cı illə bağlı planları yaxşı sağlığa bənzəyir”

İqtisadçı bildirib ki, Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür. Məsələn, 2022-ci ildə ölkəyə 10 yeni aviaşirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb:

“Bundan başqa, Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan edib. Azərbaycan hökumətinin 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir…”.

Azərbaycan 2026-cı ilədək turizm gəlirlərini 4 dəfə artırmağı planlayır

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, təzəlikcə turizmin inkişafı üçün 10 istiqamət müəyyənləşdirilib.

Bu istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib:

“Hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon nəfərə, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edirik ki, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq və bunun da 5,5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button