2022-12-19 10:18:45
Argentina Qətərin ev sahibliyi etdiyi 2022 FIFA Dünya Kubokunun əsas vaxtı 2-2, əlavə vaxtda isə 3-3 hesabı ilə bitən finalda Fransanı penaltilər seriyasında məğlub edərək qalib oldu. Tarixində üçüncü dəfə dünya çempionu olan Argentina 1986-cı ildən sonra kuboku qazanmaqla 36 illik çempionluq həsrətinə son qoydu.
MESSİ VƏ MBAPPE GERİNLİKİ
Messi finalın açılış qolunu penaltidən vurduqdan sonra, matç yenidən başlamazdan əvvəl öz yarısına qayıdan kimi sevinərkən PSJ komanda yoldaşı Mbappeyə yumruğunu sıxdığı görünür. Messinin bu hərəkəti kameraya əks olunarkən Mbappenin fərqinə vardığı, daha sonra başını digər tərəfə çevirdiyi görünür.
Fransız ulduz isə Lionel Messinin bu hərəkətinə cavab verməkdən yayınmayıb. Fransa Millisinin 10 nömrəli penalti qolu ilə geri dönüşü alovlandırarkən, matçın yenidən başlaması üçün mərkəzə doğru hərəkət etdi. Messinin ona qarşı sevinc nümayişini unutmayan MBAPPE Argentinalı super ulduza müraciət edərək eyni şeyi etdi.

Tərcümə“24 SAAT”
You must log in to post a comment.