Xəbərlər

206 sinifdə tədris distant formatda keçirilir

Bakı/14.10.21 Azərbaycanda yeni tədris ili başlayandan indiyə kimi 241 sinif distant təhsilə keçirilib. Bu barədə  Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam edir.

Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir”, – məlumatda vurğulanır.

 Nazilikdən bildirlib ki, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında bir neçə şagird və müəllimin COVID-19 testləri pozitiv çıxdığı üçün gimnaziyada tədrisin oktyabrın 14-dən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Xatırladaq ki, Azərbaycanda  yeni tədris ili sentyabrın 15-dən başlayır. COVİD-19 pandemiyası ilə əlaqədar 2021-2022-ci tədris ili sentyabrın 22-dən bşalayıb. Belə ki, ki, sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.-05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button