2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

208 nəfər korrupsiya ittihamı ilə həbs olunub

Səudiyyə Ərəbistanında 1700-dən çox bank hesabı dondurulub

Səudiyyə Ərəbistanının baş prokuroru ölkədə korrupsiya ittihamları üzrə 208 adamın həbs olunduğunu təsdiqləyib. Həmin adamların ümumilikdə 10 milyard dollar mənimsədiyi təxmin olunur.

Səud əl-Mojeb deyib ki, tutulanlardan bəziləri ittiham irəli sürülmədən azad edilib, ancaq 201 nəfər hələ də həbsdə qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumət 1700-dən çox bank hesabını dondurub.

Tənqidçilər 32 yaşlı Şahzadə Məhəmməd bin Salmanın anti-korrupsiya mübarizəsi adı altında öz rəqiblərini aradan götürdüyünü deyir.

Rəsmilər həbs olunanlardan heç birinin adını açıqlamayıb.

Səudiyyəli milyarder Şahzadə Əlvalid bin Talalın həbs olunanlar arasında olduğu deyilir. Səudiyyəli milyarder Şahzadə Əlvalid bin Talalın həbs olunanlar arasında olduğu deyilir.
Deyilənə görə, həbs edilən kral ailəsi üzvləri arasında krallığın ən tanınmış biznesmenlərindən biri olan şahzadə Əlvalid bin Talal da var.

Şahzadə Əlvalid kralın qardaşı oğludur. O, Kinqdom Holding investisiya şirkətinin sahibi və Citigroup və Twitter INC kimi şirkətlərə investisiyalar edib. Əlvalid Səudiyyə Ərəbistanında həbs edilmiş 11 şahzadə, dörd nazir və onlarla keçmiş nazir arasındadır.

Krallığın siyasi və biznes elitasının üzvlərinin həbsi Milli Qvardiyanın rəhbəri şahzadə Miteb bin Abdullaya da şamil olub. O saxlanılıb və Milli Qvardiyanın naziri postunda şahzadə Xalid bin Ayyafla əvəz edilib.

Həbslər haqda xəbərlər bazar günü kral Salmanın korrupsiya əleyhinə komitənin yaradılması haqda fərman verməsindən sonra yayılıb. Kralın 32 yaşlı oğlu, vəliəhd Məhəmməd bin Salman komitənin rəhbəri təyin edilib.

Korrupsiyanın kökü kəsilməsə və korrupsiyalaşmış şəxslər məsuliyyətə cəlb edilməsə vətən mövcud olmayacaq.
Komitəyə işləri təhqiq etmək, həbs orderi vermək, səfərlərə qadağa qoymaq və hesabları dondurmaq kimi geniş səlahiyyətlər verilib.

“Korrupsiyanın kökü kəsilməsə və korrupsiyalaşmış şəxslər məsuliyyətə cəlb edilməsə vətən mövcud olmayacaq,” kral fərmanında deyilir.

Təhlilçilər deyir ki, həbslər dünyanın ən böyük nef ixracatçısı olan Səudiyyə Ərəbistanında siyasi fiqurları hakimiyyətdən kənarlaşdıraraq siyasi nəzarəti ələ almağa çalışan vəliəhdin atdığı daha bir preventiv addımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button