Loading...
Loading...
Gündəm

219 gündəlik yoluxma aşkarlanıb, 9 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasın 219 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 717 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708-i sağalıb, 4 860-ı vəfat edib, 6 886-ı isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 211, hazırkı dövrədək isə ümumilikdə 3 453 244 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “219 gündəlik yoluxma aşkarlanıb, 9 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button