2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

23 sentyabr mitinqinə Avropadan dəstək

Avropada yaşayan azərbaycanlı mühacirlərin yaratdığı AND (Azərbaycan Naminə Demokratiya) hərəkatı Milli Şuranın 23 sentyabr mitinqi ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir:

“Bütün dünya mətbuatı Azərbaycan mənşəli korrupsiya əməliyyatlarının Avropaya sıçraması, Avropanın ictimai-siyasi çevrələrində hansı çirkli nəticələri yaratdığı barədə xəbərləri dərc edir. Artıq Azərbaycan ictimaiyyətinə də bəllidir ki, indiki Azərbaycan rejimi xalqın sərvətlərini, milyardlarla pulu, ölkənin və onun hər bir vətəndaşının haqqını oğurlayaraq hansı yollarla xarici ölkələrə daşıyır. Bu, sonu görünməyən bir tamahdır və uyğun olaraq bu məsələlər barədə mətbuat və istintaq materiallarının da sonu görünmür.

Saytların yığılması Saytlarin yigilmasi

3 milyardlıq bir oğurluq prosesinə görə bir çox Avropa siyasiləri artıq tutduqları vəzifələrdən istefa verməyə məcbur olub, müxtəlif ölkələrdə bu məsələlərlə bağlı cinayət- istintaq araşdırmaları aparılır. Belə görünür ki, Azərbaycan mənşəli bu korrupsiya əməliyyatları barədə materiallar, faktlar hələ çox aşkarlanacaq və şübhəsiz, Azərbaycan xaqlına məxsus olan onlarla milyard dolların taleyinə aydınlıq gətirəcək.

Bütün bunlar hər bir azərbaycanlının maddi rifahından qoparılmış vəsaitlərdir. Həkimlərin, müəllimlərin maaşından, qaçqınların kompensasiyasından, tələbələrin və yaşlı insanların təqaüdündən, uşaqlara verilən müavinətlərdən, büdcə təşkilatlarında çalışanların əmək haqqından, bir sözlə, ölkənin hər bir vətəndaşının boğazından kəsilərək bir ovuc harın məmurun varlanmasına sərf edilmişdir. O da gün kimi aydındır ki, bu maliyyə cinayətlərinin başında bilavasitə, ölkəyə rəhbərlik edən şəxs dayanır və təsadüfi deyil ki, bu qədər böyük rəqəmlərlə ifadə olunan qara maliyyə əməliyyatlarının əhəmiyyətli hissəsi onun ailə biznesinin genişlənməsinə yönəldilmişdir.

Azərbaycan, faktiki olaraq böyük maliyyə cinayətlərinin qurbanı olaraq qalmaqdadır. Üstəlik, bu cinayətlərin izini itirmək, xalqın bu cinayətlər barədə məlumat almaq imkanlarını yox etmək üçün hakimiyyətdə olan rejim sərt repressiyalar tətbiq edir, söz azadlığını boğur, ölkədə azad jurnalistikanı məhv edir. Buna baxmayaraq, Azərbaycanda bu korrupsiya sisteminə, bu repressiv rejimə qarşı ictimai dirəniş davam edir. Ölkənin vətəndaş cəmiyyəti, siyasi birlikləri zaman- zaman bu irticaya, korrupsiya rejiminə qarşı müqavimət göstərməkdədir. Son zamanlar ortalığa çıxan və dünyanın gündəminə sıçrayan nəhəng, milyardlıq korrupsiya əməliyyatları ilə bağlı isə Milli Şura sentyabrın 23-də ümumxalq etirazını təşkil etmək çağırışı ilə çıxış edib. Sentyabrın 23-də Bakı şəhərində Milli Şuranın çağırışı ilə etiraz aksiyası keçiriləcək. AND hərəkatı azərbaycanlıları bu dirəniş prosesində iştirak etməyə çağırır.

AND hərəkatı Avropada yaşayan azərbaycanlıların yaratdığı bütün digər təşkilatlar kimi ölkəmizdə gedən prosesləri diqqətlə təqib etməkdədir, bu proseslərə hər cür dəstək verməyi özünün mənəvi öhdəliyi hesab edir.

AND mühacirətdə olan azərbaycanlıların yaratdığı təşkilatdır və Azərbaycanda gedən proseslərdə bilavasitə iştirak etmək imkanında deyil, buna baxmayaraq hesab edirik ki, həmvətənlərimizin Azərbaycanda repressiya və korrupsiya rejiminə qarşı dirənişlərinə mənəvi dəstək verməyə borcludur. AND 23 sentyabr mitinqinin şüarlarını dəstəkləyir və soydaşlarımızı bu aksiyada fəal iştirak etməyə səsləyir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button