2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

23 sentyabrda haqq deyənləri tək buraxmayın…

Tale Bağırzadə, Qobustan həbsxanası

Əzizlərim, sizi Qobustan həbsxanasından salamlayıram. Bura qapalıdır, amma inanın, insanın bəsirət gözü açıq olduqda heç bir qapalı məkan onun qəlbini və ruhunu haqqa bağlaya bilməz. Biz “haqq” dediyimizə görə zindanlara salındıq. Amma bu nə sondur, nə də məğlubiyyət. Bəzən məğlubiyyət kimi görünən bir  hadisə başqa bir gün qalibiyyətin təməlinə çevrilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda baş alıb gedən ədalətsizliyin qarşısında duranların 23 sentyabr mitinqinin ümumxalq mitinqinə çevrilməsi də bu qalibiyyətin təməlini qoya bilər. Zülmə qarşı hər deyilən söz, atılan addım bizi Allaha, haqqa yaxınlaşdırır. Biz Uca Rəbbimə yaxınlaşdıqca, o da bizim qəlbimizdəki mübarizə əzmini artırır.

Əziz bacı və qardaşlarım!

Biz bu gün əzab çəkə, haqsız yerə zindanda ola bilərik, amma unutmayaq, tarixən bütün haqq deyənlərin taleyinə bir zindan sınağı yazılıb və biz də, əmin olun ki, bu sınaqdan alnı açıq çıxaçağıq.

Öyrəndim ki, MHB-nin fəalı Əhsən Nuruzadəni yenə oğurlayıblar. Mitinq qabağı  MHB-nın, dindarların əzmini qıracaqlarını zənn ediblər. Amma zənlərində yanılıblar. Unudublar, Allaha sığınıb mübarizəyə qalxanın zindan qorxusu olmur.

Biz Allaha və haqqa, ədalətə olan sevgini məntiqlə seçmədik. Biz azadlıq aşiqliyini qəlbimizlə də hiss etmədik. Biz bu eşqi ruhumuza qazıdıq, çünki bir gün məntiqimiz bizə “dayan” deyər, qəlbimiz dayana bilər. Amma ruhumuz əbədidir və biz əbədi olaraq Allahın buyurduğu haqq savaşçıları olaraq da qalacağıq.

O üzdən, bu ölkədə zülm edən zalımlar, bir Əhsən oğurlayacaqsınız, min Əhsənin ürəyinə haqq sevdasının toxumunu səpəcəksiniz. Bir Əhsəni oğurlayacaqsınız, yüz minlərlə Əhsənlər bir gün sizin qarşınıza dikilib  hər şeyin, bu ölkədən oğurladığınız milyardların, insan haqqının, ədalətin və məhv etdiyiniz həyatların, talelərin hesabını soruşacaq.

Əziz xalqım! Ey müsəlman bacı və qardaşlarım.

Mən zindandayam, orda, 23 sentyabarda sizinlə bərabər ola bilməyəcəm. Amma əmin olun, mən həm də ordayam. Üzümü məni dəstəkləyənlərə tuturam. Məni dəstəkləmək təkcə məhkəmələrə gəlmək deyil, məni dəstəkləmək haqq deyənlərin yanında olmaqdır. Bu gün Tale Bağırzadə o meydanda fiziki olar yoxdursa da, əminəm ki, sizlər onun yerini dolduracaqsınız.

Əziz bacı və qardaşlarım.

Biz bir yol aldıq. Haqqa gedən yola yolçu olmağı seçdik. Bu yol zindanlardan kecəcək. Bu yol Hz. Hüseyinin bədəninə dəyən qılıncın açdığı yaranın acısını yaşaya biləcəklərin əzmindən, dönməzliyindən keçəcək.

Əzizlərim! Məhərrəmlik ayı başlayır. Hüseyinçiliyin bizə miras qoyub getdiyi mübarizəni diri tutun,  zülmə qarşı dirənin, zalımlara “dur” deyin. Hüseynin mirasını sahibsiz qoymayın. Unutmayın, Hüseyinçilik yas tutub ağlamaq deyil, Hüseyinçilik ruhunda daşıdığın qalibiyyət əzminin sönməz nümunəsidir. Gercək iman gətirənlərin vicdanında və boynunda bir yük var – zülmə qarşı dayanmaq…

Allahın hüzuruna çıxacağımız gün zalımın zülmünə şərik olmağın cavabını vermək istəmiriksə, zülmlə barışmayıb 23 senyatbrda haqq deyənləri meydanda tək buraxmayaq.

Haqq deyin ki, Haqq sizinlə olsun…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button