2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

24 hakim, bir qərar

Yayımlandı: 28 Yanvar 2023 20:39

48 gündə Bəxtiyar Hacıyev haqda qərar verən 24 hakimin menyusuna

Femida, Femida, tərəzin hanı?

Saytların yığılması Saytlarin yigilmasi

Gətir, günahımız çəkilsin bir-bir.

Gətir, görürsən ki, dünya qarışıb,

Çoxumuzun yeri səhv-dəyişikdir!

“Bəxtiyar Hacıyevin şikayəti təmin olunmadı” – belə başlıqlı neçə xəbər oxuduğunuzun fərqindəsinizmi? Bu gün yenə saytlarda, ola bilsin, sabah bəzi qəzetlərdə yenə bu başlıqla qarşılaşacaqsınız. Təkrarçılıqdır. Kim bilir, bəziləriniz əsəbiləşəcək, qəzeti bir kənara atacaq, ya da baxdığı saytı bağlayıb başqasına keçəcək. “Eyni xəbəri neçə dəfə oxumaq olar” düşüncəsi ilə jurnalistlərin qarasınca deyinənləriniz də olacaq. Ancaq burda təkrar yoxdur, əziz oxucu.

Gündəmi izləyən, ölkədə baş verənlərdən həmişə xəbər tutmağa çalışan sayğılı oxuculara bəllidir: ictimai fəal, Harvard məzunu Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə Bakı Şəhər Baş Polis İdarəsində başlanmış cinayət işinə görə saxlanılıb. Onun müdafiəsinə bir neçə tanınmış vəkil qoşulub. Bəxtiyar Hacıyev həbsinin qanunsuz olduğunu deyir. Elə vəkilləri də onun həbsinin qanunsuz olduğu qənaətindədir, bu səbəbdən ictimai fəalın azadlığa buraxılması üçün ardıcıl, həm də əsaslandırılmış şikayətlər verirlər. Həbsdən keçən 48 gündə bu şikayətlərlə bağlı 24 məhkəmə prosesi keçirilib. Təsəvvür edirsinizmi, 24 proses. Bu 24 prosesdə 24 müxtəlif hakim qərar verib: həbsdən şikayətlə bağlı, ev dustaqlığına buraxılmaqla bağlı, həbs müddətinin uzadılmasından şikayətlə bağlı… Bu 24 nəfər hakimin yaşı da, təcrübəsi də, cinsi də fərqlidir. Fərqli olmayansa onların qərarıdır. Mantiya geyən, hakim andı içən bu 24 nəfərin heç biri  içdiyi anda sadiq qalmayıb. Kim bilir, bəlkə də, o andı unudublar. Yaddaşlarını təzələmək üçün xatırladaq:

“Ədalət mühakiməsini, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”.

48 gündə 24 dəfə Bəxtiyar Hacıyevin işinə çıxan hakimlərdən heç olmasa biri də bu andı yadına salmayıb, konstitusiyaya və qanunlara uyğun qərar verməyib,hakimin müstəqilliyini və ləyaqətini qorumayıb, yüksək hakim adına hörmət ruhunda davranmayıb. Axı 221-ci maddənin tələbi təkcə həbs deyil, orada min manatdan üç min manatadək cərimə də nəzərdə tutulub. 289-cu maddə də təkcə həbs tələbi qoymur, burda da beş yüz manatdan min manatadək cərimə var. Niyə ancaq həbs qərarı? Bəs ədalət, bəs Femida, bəs tərəzi? Cinayət Məcəlləsinin bir maddəsini də xatırlatmağa, görünür, ehtiyac var:

Maddə 8. Ədalət prinsipi

8.1.Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Bəs ortada cinayət olmadıqda hansı qərar verilməlidir? Yeri gəlmişkən, Cinayət Məcəlləsində 8-ci maddədən sonra 9-cu gəlir, onun adı Humanizm prinsipimaddəsidir…

Bəxtiyar Hacıyevlə bağlı 24 məhkəmə prosesində eyni qərarı verən 24 hakimdən soruşmaq gərəkdir: verdiyiniz qərarda humanizmi, ədalət prinsipini gözlədinizmi, ictimai fəala qarşı ədalətli oldunuzmu, Cinayət Məcəlləsinin göstərdiyi yolla getdinizmi, yoxsa təqsirləndirilən şəxsin “şəxsiyyətinə uyğun”qərara imza atdınız?

Möhtərəm 24 hakim, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Prezidentin 10 fevral 2017-ci il sərəncamını oxumusunuzmu? 17 bəndlik həmin sərəncamın girişində yazılıb: “Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”.

Sərəncamın 8-ci bəndini dönə-dönə oxuyun, yaddaşınıza yazın, sizə Azərbaycan adından hökm oxumaq səlahiyyəti verilib, unutmayın, sizə bu səlahiyyəti alternativ cəza sərəncamını imzalayan şəxs verib. Elə edin ki, sabah alternativsizlik qarşısında qalmayasız.

8.İbtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.

İmkan varsa, yeniliklərə açıq olun, onlarla ayaqlaşın, sərəncamda yazılanlara əməl edin, sabah hər birinizin, hər birimizin hakim ədalətinə ehtiyacı ola bilər…

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button