2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

-248.15 dərəcə Selsi temperatur: Alimlər Günəş sisteminin ən soyuq yerini təyin ediblər

    Kosmosun baza temperaturu -270.45 dərəcə Selsi təşkil edir. Lakin bu cür temperatur bütün Günəş sistemində daimi deyil. Günəş sistemində alimlərin “boş məkan” adlandırdıqları sahələr var və həmin sahələrdə temperatur daha aşağı olur. Sözügedən “boş sahələr” əslində boş deyillər. Sadəcə olaraq həmin sahələrdə Günəşdən gələn enerjini uda biləcək kosmik obyektlər mövcud deyillər. Beləliklə belə bir sual yaranır ki, bəs Günəş sisteminin ən soyuq yeri hardadır? Bu sualın cavabını tapmaq üçün ilk öncə kosmik temperaturun necə ölçülməsni anlamaq lazımdır. “Biz, bu və ya digər obyektin səthinin ifraz etdiyi infraqırmızı mikrodalğalı şüalanmanı müşahidə edərək temperaturu ölçə bilərik. Bu cür səthlərin olmadıqları halda temperaturu Günəş sisteminin bu və ya digər sahəsinin əldə etdiyi Günəş işığı miqdarı sayəsində ölçmək mümkündür” – deyə London Universitetinin planetoloqu və astrobioloqu Ian Crawford qeyd edib. Lakin Vorvik Universitetinin professoru Don Pollacco-nun sözlərinə əsasən astronomiyada asan bir şey yoxdur. Səbəb isə ondan ibarətdir ki, astronomiyada insanlar müəyyən anlayış ilə qarşılıqlı əlaqədə olmaq əvəzinə onu müşahidə edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Beləliklə məntiqə əsaslanaraq söyləmək olar ki, Günəş sisteminin ən soyuq yeri məhz Pluton planetidir. Lakin əslində təəccüblü səslənsə də, Günəş sisteminin ən soyuq yeri Yer kürəsinə yaxın məsafədə yerləşə bilər. Aydakı şərtlərin analizi ilə məşğul olan NASA Lunar Reconnaissance Orbiter adlı kosmik aparat alimlərə məlumatlar paketini təqdim edib. Həmin məlumatların analizi onu göstərib ki, Günəş sisteminin ən soyuq yeri Ayın cənub qütbündə yerləşən kraterlərdir. Qeyd etmək lazımdır ki, Ayın cənub qütbünə çox zaman “daimi qaranlıq region” da deyirlər. Arizona Universitetindən olan tədqiqatçılar Patrick O’BrianShane Byrne təsdiqləyiblər ki, Aydakı ikiqat kölgəyə sahib kraterlər Günəş sisteminin ən soyuq yerləri ola bilərlər. “İkiqat kölgəyə sahib olan kraterlər birbaşa Günəş işığından əlavə olaraq ikincidərəcəli istilik mənbələrindən də qorunurlar” – deyə alimlər qeyd ediblər. Adətən bu cür kraterlər yüksək kənar hissələrə sahib olurlar. Buna görə də Günəş işığı heç vaxt həmin kraterlərin dərin hissələrinə düşmür.

    Lakin əsl göstəricilər daha aşağı ola bilərlər. Plutonun səthində isə ortalama temperatur -232.75 dərəcə Selsi təşkil edir. Lakin Aydakı kraterlərdən daha aşağı temperaturlu soyuğa sahib ola biləcək bir yer var. Söhbət, Oort buludundan gedir. Oort buludu Neptun planetinin orbitindən də daha uzaq məsafədə yerləşir. Beləliklə Oort buludunun Günəş sisteminin bir hissəsi sayılıb-sayılmaması sualı hələ də açıq olaraq qalır. Məsələ burasındadır ki, NASA Oort buludunu Günəş sisteminin ən uzaq hissəsi hesab etməklə yanaşı həmçinin onun Günəş sistemindən kənarda yerləşdiyini də hesab edir. Alimlərin hesablamalarına əsasən Oort buludunda temperatur -268.15 dərəcə Selsi təşkil edə bilər. Beləliklə Oort buludunu sözügedən reytinqə daxil etməsək, Günəş sisteminin ən soyuq yeri məhz Aydakı kraterlərdir. Yer kürəsində ən aşağı temperatur isə Rusiyanın Antraktidada yerləşən “Vostok” adlı tədqiqat stansiyasında qeydə alınmışdı. Belə ki, müşahidə edilmiş temperatur -89.2 dərəcə Selsi təşkil etmişdi.

24 saat” “-248.15 dərəcə Selsi temperatur: Alimlər Günəş sisteminin ən soyuq yerini təyin ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button