2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetXəbərlər

“24saat”ın bloklanması ABŞ Dövlət Departamentinin hesabatında

ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində Az24saat.org və və digər saytların Azərbaycanda bloklanması barədə məlumat yer alıb.

Hesabatda ölkədə baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilir.

Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası 7 avqust 2018-ci ildə Səbail rayon məhkəməsi tərəfində tərəfindən təmin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərardan verilən şikayətləri təmin etməyib.

Vüqar Ələkbərovun rəhbərlik etdiyi Az24saat.org saytının bloklanması ilə bağlı iddiada göstərilirdi ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilsə də, sayt yazıları silməyib. Xəbərdarlıqda qeyd edilən yazılar aşağıdakılardır:

“Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”,
“Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”,
“İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?”
“APA-nı kim, niyə bağladı?”
Qeyd edək ki, “az24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla

AzadlıqRadiosunun azadliq.org,

“Azadlıq” qəzetinin azadliq.info,

MeydanTV-nin meydan.tv,

ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi”

və “Telekommunikasiya haqqında” qanunlara

dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button