Cəmiyyət

255 gündəlik yoluxma aşkarlanıb,1 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 94 nəfərin  sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 18-də habelə bildirildiyinə görə,  son gündə COVID-19 virusuna yoluxanlardan da 1 nəfər  vəfat edib.” İndiyədək Azərbaycanda ümumilikdə 338 438   nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152  nəfərdir “,  qərargahdan bildirilib

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 319, hazırkı dövrədək isə ümumilikdə 3 914 819 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “255 gündəlik yoluxma aşkarlanıb,1 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button