2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

270 yeni yoluxma qeydə alınıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 117 nəfər sağalıb.

Bu məlumatı fevralın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir”.
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 444, hazırkı dövrədək isə ümumilikdə 2 598 679 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “270 yeni yoluxma qeydə alınıb” başlıqlı yazını “Azadlıq Radiosu”na” istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button