2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

2717 yeni yoluxma aşkarlanıb 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2717 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1341 nəfər sağalıb.

Bu məlumatı aprelin 8-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 min 881 nəfəri sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir”.

Qərargahdan veril’n açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14581, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 977 min 593 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələri də var.

Son aylar Azərbaycanda koroanvirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada artım müşahidə edilməkdədir. Dünən, aprelin 7-də Azərbaycanda 2595 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “2717 yeni yoluxma aşkarlanıb ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button