2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

272 yeni yoluxma  qeydə alınıb, 3 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  272 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 80 nəfər sağalıb.

Bu məlumatı iyulun 26-da Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusa yoluxanlardan da 3 nəfər  vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 340715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332136-ı  sağalıb, 5009-u vəfat edib, aktiv xəstə sayı 3570-ə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5616, ötən müddət ərzində isə ümumilikdə 3980697 test aparılıb. 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb

24 saat” “272 yeni yoluxma  qeydə alınıb, 3 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button