2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

3 general, 6 admiral PKK-ya sığındı -FETÖ-çu rəzaləti

5 iyul dövlət çevrilişinə cəhd edən hərbçilərdən bir neçəsi PKK-ya sığınıb.

Üçü general, altısı admiral olmaqla 60 zabit “Sikorski” tipli helikopterlərlə Silopiyə gedib. Sərhədi keçərək İraqa daxil olan hərbçilər kürdlər tərəfindən qarşılanıb.
Fərari hərbçilərə Gölbaşında Xüsusi Təyinatlı Komandanlığın qərargahını ələ keçirmək istəyərkən başından vurularaq öldürülən general Semih Tərzinin nəzarətindəki Silopi Xüsusi Təyinatlı Qüvvələr bazasındakı qiyamçılar yardım edib.
Kəşfiyyat orqanları Admiral Mustafa Zəki Uğurlu, general Məhməd Nail Yigit, general Əli Kalyoncu, admiral Ayxan Bay, admiral Nəzmi Ekici, admiral İrfan Arabaçı, admiral Əli Suat Aktürk, admiral Xeyrəddin İmran və general Məhməd Zəki Qıralpın Qəndildə PKK-çılar tərəfindən saxlandığını müəyyən edib.
Xainlər arasında qərargah hərbçilərinin də olması diqqət çəkib.
Milli İstihbarat Təşkilatı (MİT) və Baş Qərargah faktı təsdiq edib. Xain hərbçilərin təşkilatın saxta pasportları ilə Avropa ölkələrinə keçməyi planlaşdırdıqları barədə məlumatlar var.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button