Bizim tərcüməDünya

3 il sonra eyni kabus! 36 nəfər həyatını itirdi: Çində dəhşətli zavod yanğını baş verdi

Yazıdan başlıqlar
  • Yanğın

Milli KİV-in məlumatına görə, Hnan əyalətinin Anyanq şəhərindəki fabrikdə gecə saatlarında başlayan yanğını söndürmək 3,5 saat çəkib.

Yanğın zamanı 36 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü bildirilib.

Səbəbi hələ müəyyən edilməmiş yanğınla bağlı araşdırmalar davam edərkən bəzi şübhəlilərin saxlanıldığı qeyd edilib.

Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman zaman insan tələfatına səbəb olan yanğınlar baş verir.

İyun ayında Çinin Sinopec neft-kimya şirkətinin Şanxaydakı fabrikində baş verən yanğında bir nəfər ölüb.

2019-cu ildə Jiangsu əyalətinin Yançinq şəhərində kimya fabrikində baş verən partlayışda 78 nəfər həlak olmuş, fabrikin ətrafındakı evlərə ciddi ziyan dəymişdi.

2015-ci ildə Tienjin limanında kimyəvi maddələrin saxlandığı anbarlarda baş verən partlayışda 173 nəfər həyatını itirmişdi.

(AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Putinin sevimli sərkərdəsi təzyiq altındadır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button