Now Reading:
3 may: Döyüşü uduzulub, cənablar

3 may: Döyüşü uduzulub, cənablar

Azərbaycan ənənəvi olaraq 3 May – Dünya Mətbuat Gününü özünəməxsus amansızlıqla qarşılayır. Bu bayram ərəfəsində bloger Qələndərov həbsxanada vəfat edir, məhkəmədə hökumət bir sıra Azərbaycan saytlarının – rejimin amansız tənqidçilərinə məxsus saytların bloklanması haqqında qərarın müddətini uzadır.

Hər iki əlamətdar hadisə son bir ildə artan həbslərin, döyülmələrin, qorxutmaların, Azərbaycanın tənqidi media və bloq sahəsinin cəzalandırılmasının müxtəlif növlərinin şleyfidir. Rəsmi Bakının Dünya Mətbuat Günü – 2016-nın “İnformasiya və əsas azadlıqların əldə edilməsi sizin haqqınızdır!” mövzusuna cavabı və BMT-nin hazırki “Kritik məqamlarda tənqidi yanaşmalar: dinc, ədalətli və inklüziv cəmiyyətin təşviqində KİV-in rolu” çağırışını salamlaması belə oldu.

Son bir ildə bu hüquqlar gündən-günə azalıb. Əvvəllər, qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər və həbslər də daxil olmaqla, hakimiyyət heç vaxt informasiya məkanına qarşı özünü ötən dövrdə olduğu qədər təcavüzkar göstərməyib. Media resursları ilə bağlı məhkəmələr peşəkar jurnalistika və blogerlərin və öz fikirlərini istədikləri kimi, lazım bildikləri kimi ifadə edən sadə şəbəkə istifadəçilərinin – yuzerlərin xalq jurnalistikası arasında sərhədin aradan qalxması əsrində KİV-in qalmaqda olan əhəmiyyətini göstərir. Amma etiraf etməliyik ki, 1993-cü ildə BMT tərəfindən təsis edilmiş Mətbuat Azadlığı bayramı mənaca və faktiki cəhətdən artıq köhnəlib və məmurların iradəsindən asılı olmayaraq, sərhədlərini qlobal informasiya məkanı səviyyəsinə qədər genişləndirib. Və bu gün KİV Kütləvi Kommunikasiya Vasitələri (KKV) adı altında informasiya məkanının bir hissəsinə çevrilib, onlar hələ də mühüm rol oynayır və eyni zamanda, sosial informasiya resurslarının və təkbaşına informasiya mənbələrinin rolunu daha çox nəzərə almaq və qəbul etmək məcburiyyətindədirlər.

Azərbaycan hakimiyyəti, özü kimi avtoritar rejimlər kimi, KİV və KKV-yə qarşı siyasətində kobud səhvə yol verib. Bütün bu qarşılıqlı münasibətlər siyasəti informasiya məkanı üzərində tam nəzarətə nail olmaq üzərində qurulub. Bunun üçün aşağıdakı neytrallaşdırma metodlarından istifadə olunub: iqtisadi asılılıqla məhv etmə, məhkəmə təqibləri, həbslər, qorxutmalar, qətllər, pulla cəlb etmələr, loyal KİV yaradılması və maliyyələşdirilməsi. Amma informasiya məkanının vəziyyəti və onun inkişaf təmayülü göstərir ki, bu siyasət uğursuz olub və gələcəkdə azad informasiya ictimaiyyətinin məhvi prosesinə cəlb edilmiş qüvvələrin tamamilə darmadağın ediləcəyi təhlükəsi yaradır.

Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətli və mətbuatın boğulması üzrə yüksələn xəttin başlaması ilə yadda qalıb, bütün müxalif və müstəqil çap KİV-lərinin ümumi gündəlik tirajı təxminən 50 min təşkil edirdi. Bu, təxminən 150 min oxucu deməkdir. İnternet yenicə dəbə düşürdü və təsir cəhətdən hələ mətbuatdan geridə idi. Bu gün yalnız hakimiyyətdən asılı olmayan medianın auditoriyası milyondan çox istifadəçidən və ən az bir milyon fəal sosial şəbəkə iştirakçısından ibarətdir.

Texniki cəhətdən də hakimiyyət informasiya azadlığının müdafiəçilərinə uduzur – rejim hələ də saytların bloklanmasında və müstəqil səslərin təqibində çətinlik yaşayır. Belə texnologiyaların inkişafı təmayülü isə göstərir ki, getdikcə daha da çətin olacaq.

Faktiki olaraq, bunun nəticəsində biz müstəqil KİV institutunun məhv edildiyi, onunla birlikdə isə peşə-etika prinsiplərinin, əxlaq ənənələrinin məhv edildiyi bir vəziyyətə düşmüşük. Real olaraq biz qayda və prinsiplərin özünü zəif göstərdiyi informasiyada hər şeyə yol verilən dövrə qədəm qoyuruq. Bu gün informasiya məkanında üstünlük təşkil edən sosial şəbəkə iştirakçıları, jurnalistlərdən fərqli olaraq, qanunvericilik, peşə-etika normalarına məhkum deyillər və onlar üçün böhtan və tənqid,  təhqir və qınama arasında sərhəd yoxdur. Ona görə yox ki, onlar belə istəyirlər, sadəcə olaraq, onlar, özünüifadənin peşəkarları deyil, həvəskarlarıdır.

Bütün bu söz azadlığının boğulması siyasəti dövlət təhlükəsizliyi maraqlarından irəli gələn zərurət kimi təqdim olunurdu. Amma reallıqda motivlər başqa idi: məmur aparatının şəxsi tamahkar maraqlarının təşviqinin KİV-in və sonradan KKV-nin nəzarətindən qorunması.

KİV-in zəiflədiyi bu dövr korrupsiyanın, rüşvətxorluğun, inhisarların son dərəcə artması, hakimiyyətin tənəzzülü ilə səciyyələnir, bu da qanunauyğun olaraq dövləti idarəetmə sisteminin böhranını üzə çıxaran iqtisadi böhranla başa çatıb.

Hökumətin nəzarəti altında olan bütün mümkün KİV-lər say nöqteyi-nəzərdən, demək olar ki, bütün informasiya məkanını zəbt edir, amma keyfiyyət və təsir nöqteyi-nəzərdən çox aşağı faydalı iş əmsalına malikdirlər. Tənqidi KİV-lərə qarşı sonuncu məhkəmə prosesi göstərir ki, bu satılmış jurnalistlər ordusu önlərinə atılmış milyonları mənimsəməyə qadirdirlər, amma qazanmağa yox.

Niyə belə olur? Cavab sadədir. Oxucunun hökumətə alternativ olan informasiyaya ehtiyacı var. Bu, fərdin azadlıq istəyinin təbiəti və mahiyyətidir. Və bu cəhətdən boğma və məhvetmə siyasəti uğursuzdur, xüsusən informasiya dövründə.

Avtoritar hakimiyyət üçün vəziyyət sovet illərində olduğundan daha da ağırdır. Orada qapalı məkan, dəmir pərdə, kommunist partiyasının nəzarəti altında olan bütün KİV-lərin gündəlik milyard tirajı var idi – başqa KİV yox idi. Və buna alternativ qısa və çox az insan üçün əlçatan olan dalğalarda yayımlanan cəmi üç radiostansiya – Azadlıq, BBC, Amerikanın Səsi radiostansiyaları idi. Amma qapalı sistemin çökməsi üçün bu, kifayət etdi. Bu, həmin informasiya mənbələrinin işindən daha çox, insanın böyük və təbii həqiqəti bilmək istəyinin nəticəsi oldu.

Bu gün dəmir pərdə yoxdur, sərhədlər yarılıb və informasiya məkanı tərəfindən udulub, bütün dünyanın internet şəbəkəsi dövlətləri və cəmiyyətləri əhatə edib. Döyüş uduzulub,cənablar.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.