2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3 milyardlıq oğurluğun detalları açıqlanmağa başladı; icra başçısı və oğlanları…

pul-korrupsiyaBeynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiya əməliyyatı barədə məlumatları dərinləşdirməyə başlayıb. Bu əməliyyatıdan kimlərə, hansı şirkət və təşkilatlara nə qədər vəsait ötürüldüyü daha detallı şəkildə açıqlanır. İlk belə detal Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlanları ilə bağlıdır. OCCRP-ın məlumatını təqdim edirik:

2007-ci ildən bəri SOCAR-ın Rumıniyadakı rəhbəri Həmzə Kərimovun Rumıniyadakı hesabına 2012-ci ilin avqust və 2013-cü ilin aprel ayında “Metastar Invest”dən 125.800 avro (159.750 dollar) köçüb. Həmin dövrdə onun qardaşı Tural Kərimov da əmisi oğlu ilə birlikdə nəzarət etdikləri ofşor şirkət üçün “Metastar”dan 145 min avro (181 000 dollar) alıblar. Əslində, 2012-ci ilin avqust ayında Həmzə bir gündə 30 min avro, qardaşı Tural isə 50 min avro alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmzə Kərimov

Həmzə Kərimov OCCRP-ə cavab verib ki, məlumatlar yanlışdır, ancaq nəyin yanlış olmadığını dəqiqləşdirməyib. “Mən, şəxsən, sizin dediyiniz şirkətləri tanımıram. Qeyd etdiyiniz ödənişi xatırlamıram”. Bildirib ki, başqa dövlətin vətəndaşı olaraq nə o, nə də qardaşı bu cür əməliyyatları açıqlamaq məcburiyyətində deyil. Kərimov SMS vasitəsilə bildirib ki, onlar hər hansı bir məbləğdə pul ala bilərlər və bu pulun haradan gəldiyini heç kimə demək məcburiyyətində deyillər.

Ötən il Tural Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsini aldatmaqla ittiham olunub. İstintaq hələ də davam edir.

Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı bir insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.

Tahir Kərimov

Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsiylə başlayıb. O həmin vaxt 23 yaşında idi və onun missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun ögey qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində ə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-in iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyan rayonunun icra başçısı işləmiş mühüm siyasi şəxs idi…

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button