2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

3 ölkə BMT-ni İranın Rusiyaya dron verməsini araşdırmağa çağırıb

İngiltərə, Fransa və Almaniyanın quruma göndərdikləri məktubda deyilir ki, Ukraynaya qarşı İranın pilotsuz təyyarələrdən istifadə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniya, Fransa və Almaniya BMT-ni Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadı etməsi barədə iddiaları araşdırmağa çağırıblar.

Reütersin məlumatına görə, bu ölkələrin quruma göndərdikləri məktubda deyilir ki, İranın pilotsuz təyyarələrdən istifadə, 2015-ci ildə Tehranla nüvə sazişini təsdiq edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir.

ABŞ-ın dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqton hələ də hesab edir ki, diplomatiya Tehranın nüvə proqramını cilovlamaq üçün ən yaxşı yoldur, amma İranın “kənar” məsələlərə qarışması, 2015-ci il sazişinin bərpası üçün hazırda heç bir şans qoymur.

Ukrayna tərəfinin məlumatına görə, Rusiya onunla savaşda İran istehsalı olan “Şahed-136” hücum dronlarından istifadə edir. Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiya bu günlərdə paytaxt Kiyevi məhz bu dronlarla vurub.

Amma Tehran Moskvaya pilotsuz təyyarələr vermədiyini iddia edir. Rusiya da bu ittihamı rədd edir.

Qeyd edək ki, 2015-ci ildə ABŞ, İngiltərə, Çin, Fransa və Almaniyanən İranla imzaladıqları nüvə sazişində İranın nüvə proqramını dayandırması və əvəzində bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdu. Amma ABŞ-ın keçmiş prezidenti Donald Trummp birtərəfli qaydada fərman imzalayaraq bu sazişdən çıxdı.

Tərəflər bu sazişin bərpa olunması ilə bağlı danışıqlara başlamaq istəsələr də hələlik konkret heç bir nəticə yoxdur.

24 saat” “
3 ölkə BMT-ni İranın Rusiyaya dron verməsini araşdırmağa çağırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button