2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3 ölkə İslamiada-ya gəlmir – səbəbləri açıqlamır

Mayın 12-də Bakıda rəsmi açılış mərasimi keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayı dəyişib.

Bu haqda xəbəri oyunlar üzrə Əməliyyat Komitəsi yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, Sudan, LiviyaKüveyt idmançılarının oyunlarda iştirakı baş tutmayacaq.

Komitə vurğulayır ki, İslam Həmrəyliyi İdman Federasiyasının İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsindən ötrü əllərindən gələni etsələr də bu səylər nəticəsiz qalıb.

Beləliklə, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 yox, 54 ölkənin iştirakı baş tutacaq.

Əməliyyat Komitəsi bu ölkələrin Bakıya gəlməməsinin səbəblərini açıqlamır.

Amma idman mütəxəssislərinin gümanına görə, Sudan və Liviya bu yarışlara maliyyə xərcləmək istəmir.

Küveyti isə ölkə rəhbərliyi Milli Olimpiya Komitəsinin fəaliyyətinə müdaxilə etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) cəzalandırıldığından öz bayrağı altında yarışlara qatıla bilmir.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-nə kimi Bakıda keçiriləcək. Yarışlara qatılacaq 3 mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Yarışlarda rəsmi açılış, hələ olmasa da futbol və həndbol oyunları başlayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button