2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

3 saytın bloklanması barədə məhkəmə qərarı qüvvədə qalır

Həm siyasi, həm də “müstəqil” mətbu çevrə bloklanan saytlarla bağlı məsələnin “müsbət həll olunduğu” görüntüsünü yaratmaq istəyirlər.

Avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciətinin iddiasını təmin edib.

Avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytları ilə bağlı nazirlik məhkəməyə mürcviət edib və hər üç iddia təmin oluanaraq adıçıəkilən saytların da bloklanması barədə qərar qəbul edilib. Məhkəmə qərarın dərhal icra olunaraq saytların bloklanmasını xüsusi qeyd edib.

Avqustun 9-da az24saat.org, Xural.com və Arqument.az saytlarının rəhbərləri qərardan apellyasiya şikayətlərini Səbail rayon məhkəməsinə təqdim etdikləri barədə açıqlama verdilər. Elə həmin gün – bir neçə saat ərzində Arqument.az saytının rəhbərliyinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi təyin edildi və Bakı Apellyasiya Məhkəməsi Arqument.az saytının bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarını ləğv etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Az24saat.org və Xural.com saytları ilə bağlı isə məhkəməyə şikayət daxil olmadığı bildirilib.

Həmin gün məsələ ilə bağlı informasiya dərc edən saytların əksəriyyəti “Bloklanan saytlar açıldı” başlıqlı yanlış məlumat tirajlandı. Xəbərlərdə Arqument.az saytının açıldığı qeyd edilir, digər saytların isə ümumiyyətlə adı çəkilmirdi. Sözügedən məlumatlarda saytların bloklanması ilə problemin sanki həllini tapdığı vurğulansa da, digər saytların rəhbərlərinin nə mövqeyi öyrənildi, nə də qeyd etdiymiz kimi adları çəkildi.

Avqustun 13-də Səbail rayon məhkəməsindən 24saat.org saytına bildirilib ki, təqdim edilən apellyasiya şikayəti hələ Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib. Vurğulanıb ki, bunun üçün hələ müddət var və qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində şikayətlər yuxarı instansiyaya göndəriləcək.

Maraqlıdır, bağlanan 4 saytdan 3-ü barədə bloklama qərarı qüvvədə qaldığı halda, “bloklanan saytlar açıldı” başlığı ilə tələsik infirmasiya yayan və yalnız açılan saytın baş redaktorunun mövqeyini dərc edən “müstəqil media”nın məqsədi nə idi?
Müstəqil saytların bloklanması ilə bağllı yeni dalğanın ictimaiyyətdə böyük rezonans yaratması kimlərin “cibinə” təsir göstərirmiş?

Görünür, özlərini Azərbaycanda “alternativsiz müstəqil media” kimi görənlər, bunun müqabilində yüklü miqdarda qrant alanlar məhz müstəqil olduqları üçün bloklanan saytların yerli və beynəlxalq ictimaiyyətin diqqətinə gəlməsindən narahat olublar. Bu səbəbdən də həm siyasi, həm də “müstəqil” mətbu çevrə bloklanan saytlarla bağlı məsələnin “müsbət həll olunduğu” görüntüsünü yaratmaq istəyirlər.

Məsələ ilə bağlı az24saat.org saytının Baş redaktoru Vüqar Qurdqanlı facebook profilindən məsələyə münasibət bildirib. Qurdqanlı qeyd edib ki, beləliklə, bilərəkdən, hakimiyyətin maraqlarına xidmət etməsi üçün dövriyəyə buraxılmış “bloklanan saytlara qarşı qəbul edilmiş bloklama qərarı ləğv edilib” iddiası təsdiqini tapmadı.
O, daha sonra qeyd edib ki, az24saat.org saytına Prezidentin köməkçisi Əli Həsənovun adının hallandığı 4 yazıya görə (“Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” ) Elektron Təhlükəsizlik Xidməti tərəfindən xəbərdarlıq edilib və bundan saatlar sonra Səbail rayon məhkəməsində proses təyin olunaraq sayt bloklanıb. “Həmin yazılardan birində -“APA-nı kim, niyə bağladı?” başlıqlı yazıda hakimiyyətdaxili klanların savaşına toxunulmuşdu. Analoji məqam anaxeber.az saytında da etiraza səbəb olan yazıların arasında yer alır.

Az24saat.org və xural.com saytlarına hazırda Azərbaycandan girişdə heç bir məhdudiyyət yoxdur. Fikrimcə, bunu Almaniyanın kansleri xanım Merkelin Azərbaycana gözlənilən səfərinə görə ediblər. Hesab edirəm ki, xanım Merkelin səfərindən sonra az24saat.orgxural.com və anaxeber.az saytları ölkə ərazisində bloklanacaq. Bu əsnada həbslərin olacağı da gözləniləndir.

Azərbaycanın imici, dövlət və dövlətçilik naminə mətbuata, azad sözə qarçı hakimiyyət tərəfindən aparılan bu qərəzin bir ana öncə dayandırılması vacibdir. “

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button