2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

3 uşağını atıb qaçdı, əri evə başqa qadın… – Şabranda

Bu dəfə ana 3 övladını atasının üstünə ataraq tərk edib. Uşaqların atası çarəsiz qaldığından işə də gedə bilmir.

Şabranda baş verən və 3 azyaşlı körpəni ana sevgisindən məhrum edən həyat həkayəsinə nəzər salaq.

Saytların yığılması Saytlarin yigilmasi

Anaları onları atıb gedən azyaşlı uşaq ona anası ilə bağlı verilən sualları cavablandırmaqda çətinlik çəkir. Adətən atanın atıb getdiyi uşaqlarla bağlı xəbərlərə daha çox rast gəlindiyi halda bu dəfə hər şey tərsinə baş verib.

7 ildən çoxdur ki, Elməddin Məmmədovla birgə ailə həyatı yaşayan Nuranə adlı qadın 3 uşağını ataraq evi tərk edib. Uşaqlar körpə olduğundan indi ata çarəsiz qalıb.

Nuranə Hüseynquluyeva adlı qadın 7 yaşlı Elbrus, 5 yaşlı İsa və 2 yaşlı Rüzgar adlı oğullarını kiçik yaşlarında ana qayğısından məhrum edib. Bundan sonra ailə başçısı Eldəniz Məmmədov həyat yoldaşından boşanıb. Uşaqlar isə atada qalıb.

Eldəniz Məmmədov uşaqlara baxmaq üçün işləməlidir. Adətən Dərbəndə gedib tikintidə işlədiyini bildirən çarəsiz ata uşaqlar onun öhdəsində olduğundan evdən kənara çıxa bilmir. Ancaq bu çətin maddi vəziyyətinə baxmayaraq hətta qohumlarının uşaqları kimsəsizlər evinə vermək təklifini belə rədd edib.

Eldəniz Məmmədov 2 ay Vüsalə Əzimova adlı qadınla birgə yaşayıb. Ancaq qadın uşaqlara baxmadığından ondan da ayrılmağa məcbur olub. İndi çarəsiz qalan ata övladlarını baxıb böyütməsi üçün aidiyyatı dövlət qurumlarına müraciət etmək istəyir.(xəzərxəbər)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button