Now Reading:
3 yaşlı İsmayıl itkin düşüb

Onu görənlərdən (055) 477 70 77 nömrəsi ilə əlaqə saxlamaları xahiş edilir.

Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

24saat.org xəbər verir ki, hadisə iyulun 22-də baş verib. 3 yaşlı İsmayıl Nabrandakı “Mayak” otelində itib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarış tədbirlərinə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

İsmayılın nənəsi Elnarə Novruzova Qafqazinfo”ya  deyib ki, o boyda oteldə bir kamera yoxdur ki, baxaq” Nənənin sözlərinə görə, besetkada oynayan uşaq 5 dəqiqə ərzində yoxa çıxıb:

“Dünən səhər 11-ə qalmış Nabranda yerləşən “Mayak” otelinə getdik. Hadisə isə 12 radələrində baş verib. Mən balaca nəvəmi yedizdirirdim. Atası, babası da orada idi. İsmayıl da elə gözümüzün qarşısında oynayırdı. Başımı qaldıran vaxt uşağın orada olmadığını gördüm. Tez ətrafa, meşəyə, dəniz kənarına, bir sözlə, hər yerə baxdıq, ancaq tapmadıq”.

E. Novruzova bildirib ki, son olaraq uşağın əynində göy şortik olub:

“Ağıllı uşaqdır, aktiv olsa da, heç vaxt başımıza belə bir hal gəlməyib. Dünəndən axtarışlar gedir, ancaq hələ də bir nəticə yoxdur”.

Onu görənlərdən (055) 477 70 77 nömrəsi ilə əlaqə saxlamaları xahiş edilir.

 

 

24saat.org

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.