2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

30 günlük həbsi bitən jurnalistə yeni cinayət işi açılıb

İnzibati qaydada 1 aylıq həbs cəzası bu gün, iyunun 1-də başa çatan jurnalist Əziz Qaraşoğluna cinayət işi açılıb.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalistin dindirilməsində iştirak edib.

Vəkilin bildirdiyinə görə, adıçəkilən idarədə Əziz Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

“Həmin cinayət işi 2014-cü ildə yerli və xarici QHT-lərə qaldırılmış cinayət işindən ayrılıb. Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” internet televiziyası ilə bağlıdır”, vəkil bildirib.

Vəkilin sözlərinə görə, prokurorluq Əziz Qaraşoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verib.

Hazırda Əziz Qaraşoğlu Nəsimi Rayon Məhkəməsindədir.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet televiziyasının təsisçisi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır.

Qafqaz Media Təhqiqatları İctimai Birliyinin də rəhbəri Anar Orucovdur.

Xatırlatma

“Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib.

Ə.Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir. Rəsmi ittihama görə, jurnalisti 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparıblar. Həmin vaxt jurnalistin polisə müqavimət göstərdiyi iddia edilirdi.

Bu gün Ə.Qaraşoğlunun inzibati cəzası başa çatacaqdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button