2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

30 il sonra heç kəs ölən deyil

Amerikalı futurist Miçio Kakunun fikrincə, 30 il sonra insanların şəxsiyyətləri rəqəmsallaşdırılaraq saxlanılacaq.

Admiral.az bildirir ki, “Google” şirkətinin məsləhətçisi, yapon əsilli amerikalı fizik və futurist Prof. Dr. Miçio Kaku “Curiosity Stream” adlı sənədli filmdə 2045-ci ilə qədər insanların şəxsiyyətlərinə aid holoqramlar yaradılacağını deyib.

Beləliklə, insanlar sevdikləriylə virtual da olsa, ünsiyyət qurmağa davam edəcək. Ölən insanlar süni zəkaları sayəsində normal danışa biləcəklər.
Bununla bağlı işlər çoxdan başlayıb. Rusiyalı təşəbbüskar Dimitri İtskov “Avatar 2045” adlandırdığı layihəsində insanların düşüncələrini oxuyaraq, süni zəkaya çevirməyə çalışır. Lakin o bildirib ki, süni şəxsiyyətlərin kilidi həmin şəxs ölmədən açılmayacaq. Şəxsiyyətinin süni zəkaya çevrilməsinə icazə verənlər isə bu şəxsiyyətin kimlər tərəfindən “endirilə” biləcəyinə ölməzdən əvvəl qərar verəcəklər. Xarakter xüsusiyyətləri istər robota, istərsə də holoqrama baxarkən yüklənə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Mars xatirəmiz olacaq

Kaku növbəti əsrdə Arnold Şıvayzenegerin baş rolda çəkildiyi “Total Recall” filmində olduğu kimi insanların əslində heç vaxt yaşamadığı, amma yaşadığına and içə biləcəyi xatirələri yaddaşlarına köçürmənin mümkün ola biləcəyini də iddia edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button