2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

30 manatlıq benzinə görə birinə 6, digərinə 4 il iş verildi

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsindən soyğunçuluqda, xuliqanlıqda və soyuq silah gəzdirməkdə təqsirləndirilən Fərhad Hacıyev, Şükür Hüseynov və Söhbət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Hacıyev 6 il, Ş.Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən S.Abdullayevin barəsində isə bəraət hökmü çıxarılıb. Hökmə əsasən onun barəsində verilən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən hər 3 şəxs Qaradağ rayonu Xocasən qəsəbəsində olan “GE Petrol”a daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirli biliniblər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button