2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

306 milyard manatlıq təbii sərvət bitib

Bugünkü qiymətlərlə bu, 19 illik dövlət büdcəsi deməkdir

Qubad İbadoğlu, iqtisadçı alim

Saytların yığılması Saytlarin yigilmasi

SOCAR rəsmisinin açıqlamasına görə, 1997-ci ildən 2017-ci ilin avqust ayının sonlarınadək Azəri-Çıraq-Günəşlidən çıxarılmış neftin ümumi miqdarı 3 mlrd. 218 milyon barrel və ya 435 mln. ton olub.

Bu xam neftin dünya bazarında indiki qiyməti (1 barrel = 55 dollar) ilə 180 milyard dollar və ya 306 milyard manatlıq təbii sərvət və yaxud da bugünkü qiymətlərlə 19 illik dövlət büdcəsi deməkdir. Düzdür, 435 mln. ton neftin çıxarılmasına şişirdilmiş xərc smetaları üzrə 33 milyard dollar sərmayə qoyulub. Amma həmin sərmayələr qoyulmasa və ümumiyyətlə, neftimiz olmasaydı, şübhəsiz ki, Azərbaycan ən azı Gürcüstan və Ukrayna ilə rəqabətə girib, həm demokatikləşmə, həm modernləşmə, həm də avro-atlantik məkana inteqrasiya sahəsində xeyli irəli gedər və sivil dünyanın bir parçasına çevrilərdi. Çünki, iqtisadiyyatda korrupsiya imkanlarını artırıb, islahatları, şəffaflıq və hesabatlıq təşəbbüslərini arxa planda saxlayan, siyasətdə isə iqtidar maraqlarına xidmət edib, xalq hakimiyyətinə, demokratikləşmə proseslərinə əngəl yaradan neft pulları əvəzində Azərbaycanda elm, təhsil, səhiyyə və insan inkişaf edərdi. Biz də gələcək nəsillərin haqq etdiyi, özgənin hasil etdiyi neftə deyil, ağıla, biliyə, zəkaya söykənən dayanıqlı iqtisadiyyata sahib olardıq. Əslində, bu bir iqtisadi fərziyədir, amma reallığa daha yaxın olanıdır. Gerçəkdən mən Azərbaycan neftinin belə sürətlə istismar olunmasının və neft erasının bitməməsi üçün eyni yatağın istismarı üzrə ikinci sazişlə ona yenidən nəfəs verilməsinin əleyhinəyəm. Nefti unutmaqla Azərbaycanın gələcəyini daha aydın görmək olardı. Amma o halda ki, islahatlar başlasın. Görünür, indiki hakimiyyət islahatlar aparmaq niyyətində və iqtidarında deyil, yeni sazişlə bu qənaət bir daha təsdiqləndi. Çünki, belə görünür ki, onlar üçün neft erası hələ bitməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button