2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“3+3” formatının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək

Bakı/09.12.21  Cənubi Qafqazda nizamlanma üzrə “3+3” platformasının ilk iclası cümə günü Moskvada keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdikləri “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada olacaq”, məlumatda deyilir.

Görüş Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən gün Ermənistan görüşdə iştirakını təsdiqləyib, halbuki, əvvəllər bunu etmirdi. Bu barədə baş nazir Nikol Paşinyan bildirib. Eyni zamanda, rəsmi Yerevan şərt qoyur ki, Ermənistan-Azərbaycan münaqişəsinin mizamlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələsi bu formatda müzakirə edilməməlidir.

Xatırladaq ki, “3+3” formulu Qafqazın üç ölkəsi və onların qonşuları – Rusiya, Türkiyə və İranın iştirakı ilə regional problemlərin müzakirəsi və həllini nəzərdə tutur.

Gürcüstan bu ideyaya mənfi münasibətini bildirib və bunu Rusiyanın Gürcüstana qarşı təcavüzü ilə əsaslandırıb. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button