2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"3+3" regional məşvərət platforması təsis edilib

Bakı/11.12.21 “3+3” regional məşvərət platformasının iclasları ildə iki dəfədən az olmayaraq keçiriləcək. Bu qərar dekabrın 10-da Azərbaycan, Türkiyə, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri müavinlərinin iştirakı ilə regional məşvərət qrupunun təsis iclasında qəbul edilib.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskva görüşünün yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, tərəflər regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün iştirakçılar gələcəkdə Gürcüstanın bu formata qoşulmasını təqdir ediblər. Müzakirələrin nəticələri barədə Gürcüstan tərəfinə də məlumat veriləcək.

Nazir müavini qeyd edib ki, məsləhətləşmələr mexanizminin inkişafından asılı olaraq daha yüksək səviyyədə görüşlər və müzakirələr təşkil edilə bilər.

Xələfov əlavə edib ki, növbəti görüş diplomatik kanallarla razılaşdırılacaq.

“3+3” regional əməkdaşlıq platforması Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilib və Rusiya tərəfindən fəal şəkildə dəstəklənib.

O, Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan, Gürcüstanın və onların üç qonşusunun – İran, Rusiya və Türkiyənin çoxtərəfli əməkdaşlığını nəzərdə tutur.

Gürcüstan Rusiya ilə münasibətlərdə problemlər səbəbindən hələlik bu formatda iştirakdan imtina edir.- 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button