Loading...
Loading...
Gündəm

377 gündəlik yoluxma aşkarlanıb, 14 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1 318 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 15-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 313 778-i sağalıb, 4 768-i vəfat edib, 10 825-i isə aktiv xəstədir

Açıqlamaya görə, Azərbaycanda son sutka ərzində 7 285, hazırkı dövrədək isə ümumilikdə 3 375 679 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “377 gündəlik yoluxma aşkarlanıb, 14 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button