2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

377 yeni yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, dekabrın 28-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Y.Qarayeva əlavə edib ki, Azərbaycanda indiyə qədər 600 mindən çox şəxsin bu virusa yoluxması qeydə alınıb, onlardan da 8 mindən çoxu vəfat edib. Onun sözlərinə görə, ikiillik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb: “Son üç ayda ən yüksək yoluxma yenə də noyabrda olub”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button