2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

4 iri məmur “vurulur”

Ziya Məmmədov, Etibar Pirverdiyev, Kərəm Həsənov və Cahangir Əsgərov karyeralarının son günlərini yaşayırlar

Yaxın vaxtlarda 4 iri məmur tutduqları vəzifədən azad ediləcək. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq onlarla bağlı qərar verilib. Sadəcə qalıb məsələnin rəsmiləşdirilməsi. Məlumatı verən mənbə həmin məmurların adlarını da açıqlayıb. Bunlar nəqliyyat naziri Ziya Məmmədov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və “Azal”ın prezidenti Cahangir Əsgərovdur.

Saytların yığılması Saytlarin yigilmasi

ziya_memmedov

Qeyd edək ki, Ziya Məmmədov artıq bir müddətdir hədəfdədir. Onun səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alınıb. Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazir statusu daşıyır. Onun işdən çıxarılacağı barədə hələ bir müddət əvvəl məlumatlar yayılmışdı.

e-pirverdiyev2

Etibar Pirverdiyev də faktiki olaraq Ziya Məmmədovun aqibətini yaşayıb. Yəni, onun səlahiyyətləri də əlindən alınıb. Üstəgəl “Azərenerji”də ciddi yoxlamalara start verilib. Bəzi iddialara görə, yoxlamalardan sonra həbslər də ola bilər.

kerem hesenov

Kərəm Həsənov isə özəlləşdirmə prosesindən kənarda saxlanılıb. Bir müddət əvvəl ölkə başçısı bununla bağlı fərman imzalayıb. Digər tərəfdən Kərəm Həsənovun adı “MTN işi”ndə də hallanır. Onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsilə ciddi işbirliyində olması barədə iddialar var.

cahangir_esgerov

Cahangir Əsgərova gəlincə, “Azal”ın külli miqdarda borcunun olması onu hədəfə gətirib. Bəzi iddialara görə, bu borc “yuxarılar”da Cahangir Əsgərova inamı sarsıdıb. Hesab edilir ki, “Azal” prezidenti nəzarətdən kənar maliyyə maxinasiyaları ilə məşğul olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button