2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – “Elçibəy qardaşın-qardaşa güllə atmasını istəmirdi” – IV YAZI

 Daxili Qoşunların o zamankı komandanı 4 iyun qiyamı haqda nələr danışdı?

 

 Fəhmin Hacıyev: «Qiyamı hərbi yolla yatırmağın tərəfdarı idim»

Saytların yığılması Saytlarin yigilmasi

 Əziz oxucu!  Silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.

Azərbaycanın müasir tarixinin qara səhifələrinin başlanğıcı sayılan, Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsilə nəticələnən 1993-cü ilin 4 iyun qiyamıyla bağlı yazılarımız davam edir. Bu dəfə qiyam barədə fikirlərini o çağın Daxili Qoşunlarına komandanlıq etmiş Fəhmin Hacıyev bölüşür. Hazırda AXCP sədrinin müşaviri olan Fəhmin Hacıyev Ukraynada yaşayır, onun fikirləri internet vasitəsilə alınıb.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI:Elçibəyi devirmək üçün məxfi sənəd

Gəncə qiyamı və Əliyev, Pənahlı, Məmmədov triosu…

Məncə əvvəlcə qiyama gedən yolu, yəni, Azərbaycanın Rusiyanın maraqlarına xidmət etməyən siyasət yürütməsi və bundan istifadə edən siyasi, hərbi müxalifətin fəallaşaraq ölkə daxilində hakimiyyətə etimadsızlıq mühitinin yaradılmasına çalışmaları ciddi təhlil olunmalıdır.ÿMəsələn, Heydər Əliyevin Naxçıvandakı nüfuzundan istifadə edərək, daxili işlər nazirinin əmrinin icrasına imkan verməməsi, Etibar Məmmədovun ordu quruculuğuna mane olan bəyanatları, Nemət Pənahlının hərbi hissələrdə əsgərləri ələalma fəaliyyəti və bu kimi başqa addımlar araşdırılmalı, hüquqi qiymətini almalıdır. Doğrudur, müxalifət hakimiyyətə gəlməyə çalışmalıdır, ancaq bunun dövlət quruculuğunu laxladan fəaliyyətlə həyata keçirilməsi hüquq müstəvisində, müstəqil məhkəmələr tərəfindən qiymətləndirilməlidir.

Bundan başqa, müdafiə nazirinin açıq şəkildə əsgər və zabitlər qarşısında hakimiyyətə etimadsızlıq yaradan çıxışlar etməsi, bunun da nəticəsi olmadıqda Surət Hüseynovun müdafiə xəttini boş buraxaraq 709 saylı hərbi hissəni döyüş bölgəsindən çıxarması Ağdam-Ağdərə istiqamətində döyüş qabiliyyətinin zəifələməsinə səbəb oldu. Nəticədə əvvəlki mövqelərə qayıtmaq üçün itkilər verməli olduq. Buna isə demək olar ki, bütün ethiyat qüvvələri cəlb etdik. Hətta Baş Qərərgahın zabitlərindən ibarət tabor yaradaraq döyüşə göndərmək məcburiyyətində qaldıq. Beləliklə, qiyama hazırlaşan qüvvələr planlı şəkildə dövləti qoruyacaq qüvvələri sıradan çıxarırdılar.

5 rayonun işğalına görə vicdan ləkəsi qiyamın təşkilatçılarının üzərindədir

Gəncədə yerləşən rus ordusunun komandanı Şerbak açıq şəkildə dövlət müstəqilliyini təhdid edən hərəkətlərə yol verir, Surət Hüseynovu silahlandırırdı. Cənub və Şimal bölgələrində separatçılığın qızışdırılması, hakimiyyətin hərbi yolla devrilməsinə səylər Azərbaycanın dövlət müstəqilliyinə təhdid idi. Ümumiyyətlə, bütün post-sovet məkanında rus imperiyasının yeni formatda bərpasına çalışılırdı. Heydər Əliyev-Surət Hüseynov işbirliyini də bu ümumi prosesin tərkib hissəsi hesab etmək olar.

1993-cü ilin oktyabrında Boris Yeltsenin qələbəsi imperiya tərəfdarlarının mövqelərini laxlatdı və bundan sonra Heydər Əliyev Qərblə əməkdaşlığa meyllənməyə başladı. 4 iyun qiyamından sonra döyüş təcrübəsi olan taborların ləvği, müdafiənin təşkilinə diqqət yetirilməməsi və tez bir zamanda 5 rayonun işğal altına düşməsinin də vicdan ləkəsi qiyamın təşkilatçılarının üzərindədir.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – II YAZI:  Elçibəy onu devirənlər barədə

Qiyamın yatırılması mümkün idi

Bütün bunlara baxmayaraq, 4 iyun qiyamının yatırılması mümkün idi. Necə ki, 1993-cü ilin oktyabrında Rusiyada Boris Yeltsen qələbə qazandı və hərbi dövlət çevrilişinə imkan verilmədi, müdafiə naziri Dadaş Rzayev də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş olsaydı, 4 iyunda Surət Hüseynov Gəncədə həbs ediləcəkdi və 709 saylı hərbi hissə tərk-silah olacaqdı.

Qiyamçılara bu hallar uğur qazandırdı

fehmin-haciyev-yeni
Fəhmin Hacıyev

Qiyamçı qüvvələrin tərk-silah edilməsinə cavabdeh olan müdafiə naziri Dadaş Rzayevin və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun vəzifə borclarını yerinə yetirməmələri, MTN-nin Gəncəyə göndərilmiş xüsusi təlim keçmiş qrupunun milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərdən xəbərsiz, özbaşına fəaliyyət göstərərək Surət Hüseynovu həbs etməmələri və onun evdən çıxaraq maneəsiz 709 saylı hərbi hissəyə getməsinə şərait yaratmaları, 4 iyundan sonra isə siyası müxalifətin qiyamçılara açıq dəstək verməsilə vətəndaşlar, eləcə də Silahlı Qüvvələr arasında çaşqınlıq yaradılması və s. səbəblər 4 iyun qiyamının uğur qazanmasına əsas səbəblər oldu.

Bizim məsuliyyətimiz!

Dadaş Rzayev 2 iyunda başdansovdu müşavirə keçirmişdi. Həmin müşavirədə Daxili Qoşunlardan heç kim iştirak etməmişdi, biz müşavirə yerinə vaxtında gəlməyimizə baxmayaraq, müşavirənin artıq bitdiyini və Dadaş Rzayevin çıxıb getdiyini bildirdilər. Müşavirədə olan komandirlərə heç bir ciddi tapşırıq verilməmişdi. Sadəcə, əməliyyatın koordinasiyasını özü edəcəyini və hamı ilə daimi rabitə əlaqəsində olduğunu bildirmişdi. Amma həmin andan 4 iyun saat 12:00 radələrinə kimi Dadaş Rzayev heç kimlə rabitə əlaqəsinə çıxmamışdı. Daxili Qoşunlara tapşırılmışdı ki, Gəncə-Xanlar və Gəncə-Samux yolunda post-patrul məntəqəsi qoyulsun. Bütün maşınlar yoxlanılsın, silahlı adamlar və ya dəstə olarsa, saxlanılsın. Daxili Qoşunlar verilən tapşırığı yerinə yetirmişdi.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə –  Gəncə qiyamı: 23 il əvvəlki çevrilişə sənədlərlə baxış – III YAZI

Güc strukturlarının rəhbərləri təklifimi müdafiə etmədi

Sözsüz ki, Elçibəy qardaşın-qardaşa güllə atmasının tərəfdarı deyildi. Amma bu o demək deyil ki, müstəqilliyini yenicə bərpa etmiş dövlətin suverenliyini, ərazi bütövlüyünü təhlükə altına salan insan da qardaş hesab olunmalıdır. Fikrimcə, prezidentə vəziyyət barədə tam dəqiq məlumat verilməmişdi və ona görə də 5 iyunda qiyamçılara atəş açmamaq barədə prezidentin əmri olmuşdu. Məhz ona görə də mən 7 iyun tarixli müşavirədə söz alaraq çıxış etdim və qiyamın hərbi müdaxilə yolu ilə yatırılmasını təklif etdim. Amma təəssüflər olsun ki, digər güc strukturlarının rəhbərləri mənim təklifimi müdafiə etmədilər. Bunun da səbəbləri aydın idi. Çünki Müdafiə Nazirliyinin rəhbərliyində heç kim milli demokratik hakimiyyətin qalmasını istəmirdi. Belə olmasaydı, təkcə Müdafiə Nazirliyinin qüvvələri yetərli idi ki, qiyamçılar tərk-silah edilsinlər.

Surətin həbsinə sanksiya niyə verilməmişdi?

Surət Hüseynovun həbsinə sanksiya verilməsi məsələsi may müşavirəsində müzakirə olunmuşdu. Baş prokuror Ixtiyar Şirinov hüquqa uyğun olaraq, müdafiə nazirindən xidməti araşdırma materialları istəmişdi ki, onun əsasında Surət Hüseynovun həbsinə sanksiya verilsin. Dadaş Rzayev isə bu materialları hazırlamamışdı. Ikinci dəfə iəə prokurorluq orqanları hamıya məlum olan faktlar üzrə qanunun tələb etdiyi hüquqi prosedurları həyata keçirməli və nəticəsinə əsasən, Surət Hüseynovun həbsinə ya qərar verilməli, ya da bundan imtina olunmalı idi. May müşavirəsinə qədər bu da edilməmişdi. Surət Hüseynovun hələ fevral ayında döyüş bölgəsindən briqadanı çıxarması, Seyfəli təlim mərkəzində hərbi dövlət çevrilişinə hazırlıq təlimlərinə başlaması (o zamankı nazir Rəhim Qazıyev bu təlimlərin döyüşə təkrar dönmək üçün keçirildiyini söyləsə də, Surət Hüseynovun Gəncədəki qərargahına çəkilərək hakimiyyətə qarşı müxalifətdə olduğunu elan etməsi və s. Rəhim Qazıyevin dediklərini əksini isbatlayırdı), Müdafiə Nazirliyi və prokurorluq orqanlarına əsas verirdi ki, onun haqqında hüquqi tədbirlərin görülməsi üçün hərəkətə keçsinlər. Bunu hansı səbəbdən etmədikləri sualına onlar özləri cavab verə bilərlər.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button